İran Ermənistanla ticarət dövriyyəsini ARTIRACAQ - 1 milyard dollar...

İran Ermənistanla ticarət dövriyyəsini ARTIRACAQ - 1 milyard dollar...

İran parlamentində Tehranın və şimali İran ermənilərinin deputatı Ara Şahverdian İran və Ermənistan arasında ticarət dövriyyəsinin 1 milyard dollara qədər artırılacağını deyib.

 

Sfera.az-ın "ParsToday"ə istinadən məlumatına görə, Şahverdiyan qeyd edib ki, İranla Ermənistan arasında ticarət dövriyyəsi hazırda 700 milyon dollardır, lakin onun 1 milyard dollara çatdırılması üçün addımlar atılmalıdır.

 

İranlı erməni deputat qeyd edib ki, koronavirusun yayılması son illərdə ikitərəfli Ermənistan-İran iqtisadi münasibətlərinə ciddi təsir göstərməyib və hər iki ölkənin liderləri münasibətlərin inkişafı istiqamətində maksimum əzm nümayiş etdiriblər.

 

Şahverdian onu da vurğulayıb ki, Ermənistan geosiyasi əhəmiyyəti və Aİİ-nin digər ölkələr üçün yol körpüsü olması baxımından İran üçün xüsusi əhəmiyyət kəsb edir.

 

Əzizə Zeynal,

Sfera.az


OXŞAR XƏBƏRLƏR