Yevlaxda OLAY: Bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən... - FOTO + YENİLƏNİB

Yevlaxda OLAY: Bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən... - FOTO + YENİLƏNİB

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı kanala düşən şəxsin meyiti tapılıb.

 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, qəzada həlak olan gəlin Nuranə Hüseynova ilə Günay Hüseynova əmiqızıdırlar.

 

***

 

10:36



Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

 

Sfera.az report-a istinadən xəbər verir ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

 

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan bir qadın və bir kişi həlak olublar.

 

Onların meyitləri tibbi ekspertizaya aparılıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Məlumata görə, qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi qız toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.

 


OXŞAR XƏBƏRLƏR