Demokratlar ABŞ Konqresinə seçkilərdə qalib gələcək - Bayden

ABŞ prezidenti Co Bayden ABŞ Konqresinə noyabrın 8-də təyin edilmiş seçkilər ərəfəsində nikbindir.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, Bayden bu barədə jurnalistlərə müsahibəsi zamanı bildirib.
"Mən əslində optimistəm"-deyə o qeyd edib.
Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada da Amerika prezidentinin demokratların qələbəsinə inandığı və partiyadaşlarının Senatda və Nümayəndələr Palatasında yerlərin əksəriyyətini tutmaq şanslarının daha çox olduğunu qeyd etdiyi bildirilir.
8 Noyabrda amerikalılar Nümayəndələr Palatasının bütün tərkibini müəyyənləşdirməli və Senatın üçdə birinə səs verməli olacaqlar.
Keçirilən sorğular isə xalqın Baydenin və Demokratlar partiyasının Konqresə tam nəzarət etməkdən məhrum etməsi ilə nəticələnə biləcəyini göstərir. Əhalinin təqribi 40%-i Baydenin psixi sağlamlığından narahatlıq və digər səbəblərdən artıq onu dəstəkləmək istəmədiyini bildirib.
Xanım