Zelenski Netflix şousunda çıxış edəcək – Çəkiliş metro qatarlarında lentə alınıb

Vladimir Zelenski “Növbəti qonağımı təqdimata ehtiyac yoxdur” adlı Netflix şousunda çıxış edəcək. Çəkilişlər metroda qatarlar hərəkətdə olarkən lentə alınıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, tok-şounun aparıcısı Devid Letterman Kiyevə gələrək Ukrayna prezidenti Vladimir Zelenski ilə müsahibəni lentə alıb. Çəkilişlər oktyabrda metro stansiyalarının birində aparılıb. Buna baxmayaraq qatarların qrafiki dəyişdirilməyib.
Çəkilişlərlə yanaşı aparıcı Ukraynanın paytaxtını gəzib, stand-up şousunda iştirak edib. Ukraynalılarla söhbət edən şou-men ölkəyə müharibədə qələbə arzulayıb.
Qeyd edək ki, David Letterman məşhur Amerika televiziya aparıcısıdır. 33 illik fəaliyyəti ərzində o, öz tok-şoularının 6000-dən çox seriyasına aparıcılıq edib və çoxsaylı televiziya mükafatları alıb.
“Növbəti Qonağımın Təqdimata Ehtiyacı Yoxdur” tok-şousu 2018-ci ildən etibarən “Netflix”də yayımlanır. Bu müddət ərzində Corc Kluni, Rayan Reynolds, Barak Obama, Billi Eyliş və digər məşhur siyasətçilər Lettermanın qonağı olub.
Zelenskinin iştirak etdiyi şounun dəqiq buraxılış tarixi hələ açıqlanmayıb, lakin ilin sonuna doğru veriləcəyi gözlənilir.
Xatırladaq ki, “Netflix” platforması dəstək məqsədilə Ukrayna kinorejissorlarına təqaüd ayırıb. Sentyabr ayında Kapranoff qardaşları mübahisəli və intriqalara səbəb ola biləcək Şahzadə Yaroslav haqqında tarixi serial çəkmək üçün “Netflix” qrantı qazanıblar.
Bununla yanaşı, “Netflix”də Vladimir Zelenskinin rol aldığı “Xalqın xidmətçisi” serialı da yayımlanıb.
Aynil