Rusiya çarəsiz durumda, çıxış yolunu “İBLİSDƏ” tapanlar – Putin, Medvedev, Kadırov...

Rusiya çarəsiz durumda, çıxış yolunu “İBLİSDƏ” tapanlar – Putin, Medvedev, Kadırov...

“Ukraynadakı hərbi məğlubiyyətlə yanaşı, Rusiyada cəhalət də sürətlə yayılır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Ərəstun Oruclu ötən gün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son paylaşımından bəhs edərkən deyib. O, qeyd edib ki, denasifikasiyasını və demilitarizasiyasını Rusiya əhalisinə izah edə bilməyənlər daha rahat izahat seçməyə məcbur olublar:

 

“İndi Rusiya dövlətinin ən yüksək rəsmilərindən tutmuş, onun təbliğatçısı olan hər kəs Ukraynaya qarşı təcavüzün səbəbini şeytanla mübarizə ilə izah edir. “Lüsifer”, “Satana”,  “İblis” sözləri sürətlə Rusiya ictimai-siyasi leksikonunda yer tutmaqdadır. Əlbəttə, Putin, Medvedev, Patruşev, Kadırov, hətta Dugin və patriarx Kiril kimilərin satananın, şeytanın varlığına inandığını düşünmək sadəlövhlük olardı. Şeytan və iblis varsa, elə ilk növbədə onların özləridir. Bunu da onlar hamıdan yaxşı bilir”.

 

Ekspertin sözlərinə görə, Rusiya əhalisinin böyük hissəsi bu uydurmalara, cəfəngiyyata inanacaq qədər cahilləşdirilib: “İndi bəşəriyyətin əsas vəzifəsi əlində növbənöv nüvə silahları olan cahil ölkədən və onu idarə edən əsl iblislərdən, satanalardan, lusiferlərdən qorunmaqdır”.

 

Xatırladaq ki, ötən gün Dmirti Medvedev Milli Birlik Günü münasibətilə “Telegram” hesabındakı mesajında “Biz hazırda bir dəstə çılğın nasist narkomanlara, onlar tərəfindən qorxuya məruz qalan insanlara və qərb itxanasından hürən böyük bir sürüyə qarşı mübarizə aparırıq. Əslində bütün düşmənləri odlu cəhənnəmə göndərmək imkanımız var. Lakin bu, bizim vəzifəmiz deyil. Yaradanın sözünü qəlbimizdə dinləyir və ona əməl edirik. Bu sözlər bizə müqəddəs məqsəd verir. Məqsəd isə hansı addan istifadə etməsindən asılı olmayaraq, cəhənnəmin ali hökmdarını – Şeytan, Lüsifer və ya İblisi dayandırmaqdır. Çünki onların məqsədi ölümdür. Bizimki isə həyat...Onların silahı mürəkkəb yalandır, bizdə isə həqiqət...Ona görə də davamız haqq davasıdır və qələbə bizim olacaq!”, deyə o söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...