Rusiyada GÜCLÜ YANĞIN: 13 nəfər öldü, 250 nəfər...
Dünya
11:50 / 05.11.2022
5055
Rusiyanın Kostroma şəhərində güclü yanğın baş verib.
Sfera.az bildirir ki, kafedə baş verən yanğında 13 nəfərin öldüyü açıqlanıb.
“RİA Novosti”nin məlumatına görə, Moskvadan təxminən 300 kilometr şimal-şərqdə yerləşən şəhərdəki kafedə 250 nəfər təxliyə edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin paylaşdığı videoda alovların hər yeri əhatə etdiyi və çoxlu sayda yanğınsöndürənlərin yanğına müdaxilə etdiyi görülüb.
Yanğın zamanı ən azı 5 nəfərin xəsarət aldığı, lakin vəziyyətlərinin yaxşı olduğu və xəstəxanaya aparılmağa ehtiyac olmadığı bildirilib. Qeyd olunub ki, hadisə gecə saat 02:00 radələrində baş verib və yanğın təxminən 3 min 500 kvadratmetr ərazini əhatə edib.
Türkan,
Sfera.az