Narkotik istifadə etdiyi iddia olunan baş nazirlə bağlı QƏRAR VERİLDİ - VİDEO

Narkotik istifadə etdiyi iddia olunan baş nazirlə bağlı QƏRAR VERİLDİ - VİDEO

Sosial mediada rəqs görüntüləri yayılan Finlandiyanın Baş naziri Sanna Marin haqqında yekun qərar verilib.

 

Sfera.az bildirir ki, Finlandiya mülki ombudsmanının qərarına əsasən, sözügedən görüntülər Marinin rəsmi vəzifəsini təhlükəyə atdığını və baş nazir kimi öz vəzifələrinə laqeyd yanaşdığını sübut etmir. Bildirilib ki, baş nazirin asudə vaxtının keçirilməsinin mənəvi və sosial ölçüləri parlament daxilində həllini tapmalıdır.

 

Xatırladaq ki, bir neçə həftə bundan əvvəl sosial şəbəkələrdə baş nazirin məclisdə əyləndiyini əks etdirən videolar yayılmışdı. Sızdırılan görüntülərdə Marinin dostları ilə “dəlicəsinə” rəqs edib oxuması, insanların isə arxa planda “kokain” deyə qışqırması diqqət çəkmişdi. Finlandiyalı deputat Mikko Karna isə Marini narkotik testindən keçməyə və nəticələri ictimaiyyətə elan etməyə çağırmışdı. Bəziləri baş naziri məsuliyyətsiz hərəkət etdiyinə görə tənqid etmiş, digərləri isə bunun 36 yaşlı Marinin populyarlığını artırdığını müdafiə etmişdi.

 

Türkan,

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...