İranın səfiri və səfirliyin əməkdaşları Azərbaycandan qovulacaq – SENSASİON AÇIQLAMA

İranın səfiri və səfirliyin əməkdaşları Azərbaycandan qovulacaq – SENSASİON AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib. DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda İranın Azərbaycandakı səfirliyinin avtomobili ilə şüarlar paylandığı, səfirlik işçilərinin də bu prosesdə bilavasitə iştirak etdiyi qeyd olunub.

 

Maraqlıdır, belə olduğu halda həmin səfirlik əməkdaşlarını hansı cəza gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Mehman Muradlı İran səfirliyinin həmin əməkdaşlarının Azərbaycandan çıxarılacağını deyib:

 

Jurnalistin videosu yayılan Göyüşovun şikayəti əsasında saxlanıldığı iddia  olunur

 

"Səfirlik işçiləri diplomatik korpusun əməkdaşları olduğu üçün 24 saat ərzində  persona non-qrant elan olunaraq ölkədən çıxarılmalıdır. Yəqin ki, məsələ bu formada da həllini tapacaq. Bu məsələlər beynəlxalq konvensiyalarla tənzimlənir. Bu, faktiki olaraq Azərbaycanla İran arasında diplomatik münasibətlərin kəskinləşməsinə gətirib çıxaran hadisədir. DTX-nın keçirdiyi əməliyyatlar bir, yaxud iki gün içərisində həyata keçirilən əməliyyatlar deyil. Yəni onlar aylarla, bəzən illərlərlə araşdırma aparır, sübutlar tam toplandıqdan sonra  yekun qərar verərək əməliyyat keçirirlər. Ona görə də bu qurumun sübutları həmişə yetərincə əsaslı olur. DTX-nın sübutları qarşısına hansısa faktı çıxarmaq mümkün deyil".

 

Müsahibimiz İranı Azərbaycanda təmsil edən səfir Seyid Abbas Musəvinin də ölkədən çıxarılacağını proqnozlaşdırdığını deyib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...

Bu şəxslər metapnevmovirusu daha ağır keçirir - XƏBƏRDARLIQ

İnsan metapnevmovirusu (hMPV) əsasən öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş s...

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...