Soçi görüşündə Əliyev buna imkan vermədi - Putin Bakının mövqeyi ilə razılaşdı

Soçi görüşündə Əliyev buna imkan vermədi  - Putin Bakının mövqeyi ilə razılaşdı

"Soçi görüşündə əsas məqamlardan biri də Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi idi: Moskva bunu istəyirdi, İrəvan gündəmə gətirdi, Bakı qarşısını aldı".

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Putinin mətbuat konfransında dediklərindən çıxan nəticələr sülhməramlılar mövzusuna da aydınlıq gətirir:

 

Birincisi, sülhməramlılar mövzusunda 10 noyabr razılaşmasına istinad qalır və bu o deməkdir ki, 2025-ci ildə Azərbaycan istəməsə, rus kontingenti Qarabağdan çıxacaq;

 

İkincisi, Paşinyan sülhməramlıların qalma müddətinin uzadılmasını gündəmə gətirsə də, Əliyev buna imkan vermədi və Putin Bakının mövqeyi ilə razılaşdı;

 

Üçüncüsü, delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili işimizə çevriləcək və kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycan mövzusu olacaq".

 

Günel


OXŞAR XƏBƏRLƏR

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...

Bu şəxslər metapnevmovirusu daha ağır keçirir - XƏBƏRDARLIQ

İnsan metapnevmovirusu (hMPV) əsasən öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş s...

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...