İrandan qanunsuz heroin keçirilməsinin qarşısı alındı - FOTO

İrandan qanunsuz heroin keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) İrandan Azərbaycana qanunsuz 1,75 kq heroin keçirilməsinin qarşısı alıb.

 

Sfera.az-a DGK-dan verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb.

 

Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonunda karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib.

 

Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan açıq qəhvəyi rəngli narkotik vasitə aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...