Rusiyaya AĞIR ZƏRBƏ: Terrorçu elan edildi

Siyasət
14:11 / 27.10.2022
7923
Polşa Senatı Rusiya administrasiyasının terrorçu rejim kimi tanınmasını ehtiva edən qətnamə qəbul edib.
Sfera.az xəbər verir ki, qətnamə 100 nəfərdən ibarət Senatda keçirilən iclasda iştirak edən 85 senatorun “hə” səsi ilə qəbul edilib.
Qərardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya terrorçu dövlət kimi təzyiqlərin hər gün artırılmalı olduğunu, bunun fərqində olan və buna zəmanət verən liderlərə və siyasətçilərə minnətdar olduğunu bildirərək Polşa Senatına təşəkkür edib.
Turan Rzayev,
Sfera.az