"Livan İsraili faktiki olaraq tanıdı" - Yair Lapid

Siyasət
13:51 / 27.10.2022
6828
Livan dəniz sərhədinin yurisdiksiyalarının müəyyən edilməsinə dair razılaşmanı qəbul edib və bununla da İsraili faktiki olaraq tanıyıb.
Sfera.az xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid deyib.
"Bu, siyasi uğurdur, düşmən dövlətin bütün beynəlxalq ictimaiyyət qarşısında yazılı razılaşma ilə İsrail dövlətini tanıması hər gün olan bir şey deyil", - Lapid bildirib.
Turan Rzayev,
Sfera.az