Dünya üçün YENİ TƏHLÜKƏ: “Ölümcül göbələklər” - ÜST xəbərdarlıq etdi

Dünya üçün YENİ TƏHLÜKƏ: “Ölümcül göbələklər” - ÜST xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı yeni infeksiya ilə bağlı xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, qurumun məlumatına görə, “göbələk virusu”nun insanlar üçün yaratdığı təhlükə getdikcə artır. İnfeksiyayanın yoluxma səbəbi kimi isə Covid-19 pandemiyası zamanı dərmanlara qarşı müqavimət göstərən və immunosupressiyaya məruz qalan xəstələrin sayının artması göstərilib.

 

Mövzu ilə bağlı danışan ÜST-nin AMR (antikroblara qarşı müqavimət) əməkdaşı, professor Hanan Balki "Göbələk infeksiyaları getdikcə artır. Sözügedən viruslar müalicələrə əvvəlkindən daha davamlı olub  və bu, dünya miqyasında ictimai sağlamlıq probleminə çevrilir”, deyə söyləyib.

 

Göbələk İnfeksiyaları üzrə Qlobal Fəaliyyət Fondunun məlumatına görə, hər il 300 milyondan çox insan bu virusa ciddi şəkildə yoluxur  və 1.6 milyon nəfər ən çox yayılmış infeksiyalardan ölür. Daha 25 milyon insan isə ölmək və ya görmə qabiliyyətini itirmək riski altında olur. “Üstəlik, bu infeksiyalar coğrafiya ilə məhdudlaşmır. Böyük Britaniya da daxil olmaqla, bütün dünyada insanlar göbələk xəstəliklərindən əziyyət çəkirlər. Bu viruslar tənəffüs yollarını zədələyir, sinir sisteminə, o cümlədən beyinə hücum edərək  ölümə səbəb ola bilirlər. İmmuniteti zəifləmiş insanlar, xərçəngə görə kimyaterapiya keçirənlər və ya HİV/AİDS-dən müalicə alanlar invaziv göbələk infeksiyaları üçün ən böyük risk altında olan şəxslərdir”, deyə qurumun məlumatında bildirilib. Baş verənlərdə Covid-19-un da rol oynadığı güman edilir.

 

ÜST-i ən çox narahat edən 19 göbələk patogeni isə kritik, yüksək və orta olaraq üç kateqoriyaya ayrılıb. Birinci patogen “cryptococcus neoforman”dır – burada ölüm nisbəti 41-61 faizdir. Torpaqda və çürüyən ağacda yaşayır, ağciyərlərə təsir edir və mərkəzi sinir sisteminə və qana da yayıla bilir. “Candida auris” patogeni - ölüm nisbəti 29% -dən 53% -ə qədərdir və ən müasir antifungal dərmanlara davamlıdır. Digər riskli göbələk “aspergillus fumigatus” tənəffüs yolu ilə ötürülür - əsasən ağciyər xəstəliyinə səbəb olur və beyinə yayıla bilir, ölüm nisbəti 47-88 faiz arasında dəyişir. Siyahıdakı digər patogenlərə “mucorales”, “histoplasma spp”, “cryptococcus gattii”,  “fusarium spp” kimi adlar da daxildir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İcra başçısının oğlunun Tiktok paylaşımları müzakirə yaratdı - VİDEO

Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub.   Sfera.az Milli.Az-a istinadla xəbər verir ki, Ərzurum meri Mustafa Çiftçinin oğlu T...

Gəncə sakinini bıçaqlayan şəxs tutuldu

Gəncə sakininə bıçaqla xəsarət yetirən şəxs tutulub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qr...

Prezident Ağdamın Kəngərli kəndinin açılışında iştirak edib - FOTO - YENİLƏNİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

Temperatur 4-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.   Sfera.az xəbər v...

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...