Putinin “qızı” Rusiyadan necə qaçıb? – 40 yaşlı xanım dünya mediasının ulduzuna çevrildi

Putinin “qızı” Rusiyadan necə qaçıb? – 40 yaşlı xanım dünya mediasının ulduzuna çevrildi

Rusiya cəmiyyətinin “qlamur” nümayəndəsi kimi qələmə verilən Kseniya Sobçak hazırda dünya mətbuatının əsas mövzularındandır.

 

Sfera.az bildirir ki, 40 yaşlı Sobçak Putinin yaxın ailə dostu olub. Hətta Rusiya prezidenti şəxsən Kseniyanın vəftiz mərasimində (xristianlıqda ən müqəddəs ayinlərdən biri, kilsəyə daxil olma mərasimi)  iştirak edib və cəmiyyətdə o, Putinin “xaç qızı” kimi tanınıb.

 

Putini küncə sıxışdıran jurnalist...

 

2000-ci illərdə Moskvada keçirilən şənliklərdə iştirak edən və jurnalist kimi fəaliyyət göstərən xanım Sobçak hüquq professoru və Sankt-Peterburqun ilk postsovet meri olan, Putinin müəllimi kimi tanınan atası Anatoli Sobçak sayəsində kariyerasında uğurlara imza ata bilib. Əksəriyyət düşünür ki, Kreml xanım Sobçaka hakimiyyəti tənqid etmək azadlığı verib,  onun tez-tez mətbuat konfranslarında Putinə kritik suallar verməsinə səssiz qalınıb. Hətta zaman-zaman Sobçakın özəlliklə buna görə seçildiyi də vurğulanıb. Bunlarla yanaşı, 2018-ci il seçkilərində Putinə qarşı “müxalifət” namizədi kimi çıxış edən və prezidentliyə namizədliyini irəli sürən Kseniya Sobçak 1,7 faiz səs toplaya bilib. Lakin buna səbəb Vladimir Putinin ən böyük rəqibi olan Aleksey Navalnının seçkilərdə iştirakının qarşısının alınması olub.

 

Sobçak necə qaçdı?

 

Adı açıqlanmayan bir səlahiyyətli şəxs  “Tass News” agentliyinə bildirib ki, Kseniya Sobçak Dubaya onlayn bilet aldıqdan sonra Moskvanı tərk edib. Lakin başqa bir iddiaya görə, Sobçakın aldığı Dubay bileti onu izləyən agentləri aldatmağa hesablanıb. Agentlər onu həbs etmək üçün aeroportun VİP terminalına göndərilsə də, o,  Litvaya gedən təyyarəyə minməyi bacarıb. Britaniya mətbuatında əks olunan iddialara görə, agentlər onu həbs etmək üçün təqib edəndə Sobçak artıq ölkədən qaçmağı bacarmışdı, həmin müddətdə isə polis onun yaşadığı lüks malikanəyə basqın edib və evində axtarış aparılıb.

 

Kremli qəzəbləndirən səbəb...

 

Kseniya Sobçakın hansı şərhinin Kremli qəzəbləndirdiyi tam aydın deyil. Çünki Sobçak üç milyondan çox izləyicisi olan “YouTube” və “Telegram” kanallarında ictimaiyyət qarşısında açıq danışmağa ehtiyat edirdi. Buna baxmayaraq, Ukraynanın işğalı ilə bağlı həqiqi fikirlərini səsləndirə bilmədiyini də hiss etdirib. Kseniya Sobçakın şirkətinin kommersiya direktorunun da bir gün əvvəl saxlanılması şübhələri gücləndirən fakt kimi qiymətləndirilib.

 

Belə ki,  Sobçak özü də  2 gün əvvəl Kirill Suxanovun həbsini pisləyib və bunun onun işi ilə bağlı olduğunu iddia edib.  Həmin zaman “Mən və redaksiyam bunu jurnalistlərə qarşı təzyiqin növbəti nümunəsi kimi görürük. Bizi günahlandıra biləcəkləri bir şey yoxdur. Jurnalistlərimi tutmağa davam edirlər. İndi Kirili tutublar və ona qarşı ittiham irəli sürüblər”, deyən Sobçakın məhz bu sözlərə görə çətin vəziyyətə düşdüyü zənn edilir.

 

Qeyd edək ki, “TASS”ın iddialarına görə,  xanım Sobçak hazırda şübhəli şəxs deyil.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...