Bəşəriyyət tarixinin ən böyük utanclarından biri - Cinsi istismar edilən qadınlar

Bəşəriyyət tarixinin ən böyük utanclarından biri - Cinsi istismar edilən qadınlar

İnsanlıq üçün utancverici və bəlkə də mənəvi çöküşün ən mühüm göstəricisi hadisələrin əksəriyyəti İkinci Dünya Müharibəsi zaman yaşanıb.
Ümumiyyətlə müharibələr zamanı baş verən bu utancverici hadisələr dünyanın hal-hazırda ən sivil cəmiyyətlərinin də yaddaşında silinməz izlər buraxıb.

 

Sfera.az bu yazıda müharibələr zamanı cinsi istismar edilən - “sex kölələri” adlandırılan qadınlar haqqında məlumatları təqdim edir.
 

Müharibə zamanı Yaponiya ordusu da əsgərlərinin cinsi ehtiyaclarını ödəmək üçün bir çox koreyalı qadını əsarət altına almışdı.
Sayı 200 000-ə yaxınlaşan bu qadınlara “Komfort Qadınları” adı verilib (Rahatlıq qadınları).
 

Milyonlarla əsgər cinsi aclıqlarını doyurmaq üçün yüz minlərlə qadına illərlə təcavüz edib.
 

Bu qadınların bəzilərinin müharibədən əvvəlki dövrdə “fahişə” olduğu üçün pul müqabilində bu qadınlara qoşulduğu deyilir.


“Rahatlıq Qadınları” anlayışını faciəli edən odur ki, bu qadınların əksəriyyəti işğal olunmuş torpaqlarda mülki əhali arasından qaçırılan və silah gücü ilə zorlanan qadınlardır.
 

O dövrdə yaşayan və yaponlar tərəfindən seks köləsi kimi qaçırılan qadınlardan birinyaşadıqlarını belə ifadə edib:
 

“Tanımadığım bir qadını əsgərlər otağa aparmağı xahiş etdilər, lakin qadın qəti etiraz etdi. Daha sonra qadını hamının gözü qarşısında döyməyə başlayıb və zorla otağa saldılar. Bir neçə dəqiqədən sonra qadının başını qılıncla bədənindən ayırdılar və cəsədini tikə-tikə doğrayıb qarşımıza atdılar”.
 

Sağ qalanlar illər sonra xatirələrini bölüşdükcə bəşəriyyətin utanc siyahısına əlavə olunacaq minlərlə adam qaçırma, zorlama, qətl və işgəncə hekayələri ortaya çıxıb.

Əsgərlərə xidmət etmək üçün yaradılan evlərin son dərəcə anti-sanitariya şəraiti və cinsi yolla keçən xəstəliklər ucbatından bir çox qadın xəstəliyə yoluxurdu. Xəstə qadınlar ya əsgərlər tərəfindən öldürüldü, ya da ölümə tərk edilirdi.

 

Yaponiyanın Cənubi Koreya üzərində hökmranlığı 1945-ci ildə faktik sona çatdı. Lakin o ilə qədər baş verənlərin təsirləri illərcə davam etdi.
 

1945-ci ildən sonra da bu hadisələr Yaponiya ilə Cənubi Koreya arasında problemlər yaratmağa davam edirdi.

Cənubi Koreya qurbanları üçün həm üzr, həm də təzminat tələb etsə də, 2015-ci ilin sonuna qədər Yaponiya baş verənlərə görə nə üzr istəməyə, nə də qurbanlara pul ödəməyə razı olub.

 

Bunu qəbul etməməkdən əlavə hətta bir çox siyasətçilər hadisənin normal hal olduğunu dilə gətirmişdi.
 

Yapon siyasətçisi Haşimoto deyib: “Güllələrin yağış və külək kimi uçduğu şəraitdə döyüşüb canlarını verən əsgərlərin dincəlməyə və istirahətə ehtiyacı var idi. Bu səbəblə qadınların rahatlığı sistemi bir zərurət halına gəlmişdi. Bu vəziyyəti hər kəs başa düşə bilər”- deyə açıqlama vermişdi.
 

Buna baxmayaraq qurbanlar, - koreyalı qadınlar səslərini daha çox eşitdirmək uğrunda mübarizə aparmışdılar.
 

Bu ictimai təzyiqlər 2015-ci ilin sonunda öz bəhrəsini verdi. Yaponiya həm baş verənlərə görə üzr istədi, həm də qurbanlara və onların ailələrinə təqribən 8 milyon dollar təzminat ödəməyə razı oldu.

 

Lakin nə üzrlər, nə də ödənilən pullar həmin qurbanların keçirdiyi psixoloji sarsıntıları aradan qaldırmağa kifayət etməzdi.
 

Hadisənin canlı iştirakçısı olub yaşayan qadınlar hələ də o sarsıntı və psixologiya ilə həyatlarına davam etmək məcburiyyətindədirlər.

 

Aynil


 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...