ABŞ-ın gizlədilən hərbi sirləri

ABŞ-ın gizlədilən hərbi sirləri

 

ABŞ dünyanın demək olar ki, hüdudsuz hərbi imkanları ilə qürrələnə biləcək ən güclü və nüfuzlu ölkəsidir.

 

Sfera.az-ın "fresher.ru"ya istinadən verdiyi xəbərə görə, bu ölkənin hərbi sahədə çoxlu sirləri var: məhdud sayda insana bəlli hərbi bazalar, ixtisaslaşdırılmış təyyarələr və mövcudluğu barədə əksər hərbi komandirlərin məlumatlı olmadığı silah növləri.

 

"USS Jimmy Carter” ABŞ sualtı qayığı

 

 

Adıçəkilən sualtı qayıq ilk dəfə 2004-cü ildə suya buraxılıb və Şimali Koreyaya qarşı casusluqda istifadə edilib. "Cimmi Karter” sualtı qayığı digər qayıqlardakı danışıqlara qulaq asmağa və ələ keçmədən rəqibin dəniz limanlarına daxil olmağa imkan verən müasir texnologiyalarla təchiz edilib. ABŞ sualtı qayığının imkanları sirr olaraq saxlanıldığından qalan funksiyaları bardə məlumat yoxdur. Sualtı qayığın tutumu insanı heyrətləndirir. Qayıqla təyyarələri və miqyaslı silahları daşımaq mümkündür.

 

"Səhər işığı” əməliyyatı

 

 

ABŞ-ın adıçəkilən məxfi hərbi missiyası 1970-ci ildə prezident Karter administrasiyası zamanı həyata keçirilib. 1977-ci ildə Sovetlər İttifaqı "Kosmos-954” adlı peyk buraxıb; bu, ABŞ və SSRİ-nin kosmosu fəth etmək üçün usanmadan rəqabət apardıqları "kosmik yarış” zamanı baş verib. Sovet İttifaqı "Kosmos-954” üzərində nəzarəti itirmişdi, orbitdən çıxan zaman ABŞ-da geriyə yol olmayacaq hadisələrin baş verə biləcəyini anladılar. ABŞ-lı alimlərin hesablamalarına əsasən, "Kosmos-954” Şimali Amerikada düşməli idi, lakin dəqiq yer bəlli deyildi. Hadisə ilə əlaqədar məxfi hərbi qrup təchiz edilərək tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Peyk Kanada tundrasında düşdü, onun qalıqları ABŞ hərbçiləri tərəfindən götürülüb.

 

"MK-Ultra” layihəsi

 

 

Soyuq müharibə illərində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) insan şüuruna nəzarət üzrə çoxlu sayda təcrübələr keçirib. 1973-cü ilə qədər LSD narkotik vasitəsindən istifadə ilə təcrübələr davam etdirilib. Məhz həmin il MKİ direktoru Riçard Helms "MK-Ultra” layihəsinin bütün sənədlərini məhv etməyi tələb edib. Bununla belə, növbəti il MKİ-nin bu layihəyə təxminən 20 milyon dollar sərf etdiyi ictimaiyyətə bəlli oldu. Layihəyə universitet işçiləri, alimlər də cəlb edilib. İnsanların razılığı olmadan üzərlərində təcrübələr aparılırdı.

 

HAARP təşəbbüsü

 

 

Ronald Reyqan administrasiyası zamanı Alyaskada HAARP (High Frequency Active Auroral Research Program- Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) stansiyası tikintisinə icazə verilib. Layihə ordunun iştirakı ilə həyata keçirilib və tam məxfi olub. İddiaya əsasən, stansiya kosmos və ionosferin tədqiqi üçün tikilmişdi, lakin ətrafındakı məxfilik səbəbindən HAARP-ın ən müasir iqlim silahı olması ehtimalı da daxil olmaqla çoxlu sayda şayiələr gəzməkdədir. 

 

51-ci zona

 

 

"51-ci zona” ABŞ məxfi bazası Las-Veqasda, Nevada ştatında yerləşir. Bu zonada gecə-gündüz işləyən MKİ agentləri var. Onlar zonada baş verənlər barədə heç vaxt və heç kimə danışmayacaqlarına dair yazılı iltizam verirlər. 1960-cı illərdə zona ABŞ kəşfiyyat təyyarələri sınağı üçün istifadə edilib. Hazırda orada ən müasir məxfi silahın sınaqdan keçirildiyi hesab edilir, lakin zonaya daxil olmaq, iddianın həqiqi və ya yalan olduğunu öyrənmək mümükün deyil. 

 

Hərbi ekspertlərdən belə gizlədilən məxfi baza

 

 

2016-cı ildə Nevadada səhrada yerləşən daha bir məxfi bazanın olduğu  aşkarlanıb. Baza üzərindən uçan təyyarədən qeydə alınıb; təyyarədə uçan insanlar daha ətraflı məlumat əldə etmək istəyiblər. Onlar bazanın "6-cı zona” adlandırıldığı və az sayda insana bəlli olduğunu öyrəniblər. Bazanın harada yerləşdiyindən əksər hərbi ekspertlərin məlumatı yoxdur; burada ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyi layihələri üçün baza yerləşir. "6-cı zonada nə baş verir?” Deyilənlərə əsasən, baza böyük əraziləri əhatə edir və burada yüksəkdəqiqliyə malik sensorlu pilotsuz təyyarələr sınaqdan keçirilir.

 

Daha bir "51-ci zona”?

 

 

Yuta ştatında yerləşən Daquey sınaq poliqonu "ikinci 51-ci zona” adlanır. Ətrafında şayiələr gəzən məxfi hərbi bazalardan biridir. Bəziləri burada silah sahəsində son ixtiraların sınaqdan keçirildiyini, digərləri onun kimyəvi və bioloji silah üçün nəzərdə tutulduğunu söyləyirlər. Baza Yaponiyanın Pörl-Harbor limanına hücumundan dərhal sonra tikilib. Orada müdafiə geyimi və kimyəvi silahı aşkarlamaq qabiliyyətinə malik qurğunun sınaqdan keçirildiyi dəqiq məlumdur.

 

Nyu-Yorkun mərkəzi vağzalında bunker

 

 

Binada məxfi hərbi bunkerin yerləşdiyi barədə bəlkə də, məlumatınız yoxdur. Vağzal altında doqquz mərtəbədə M-42 adlı bunker yerləşir. İkinci Dünya müharibəsi zamanı bunkerin girişində duran mühafizəçilərin daxil olmağa cəhd göstərən hər kəsi öldürmək əmri aldığı hesab edilir.

 

Pakistandakı ordu

 

 

ABŞ bu ölkə hərbi rəhbərliyi və kəşfiyyatı ilə əməkdaşlıq edir. Hətta orada ABŞ-lı təlimatçıların məşq keçdiyi əsgərlərdən ibarət ordu yaradıb. ABŞ və Pakistan kəşfiyyat xidmətləri arasında məxfi anlaşma mövcuddur. Anlaşma hər iki tərəfə "Əl-Qaidə”yə qarşı effektli mübarizə aparmağa imkan verir.

 

Boeing X-37

 

 

Bu məxfi təyyarə hazırda kosmosda, planetimizin orbitindədir. Əksər insanlar bu barədə məlumatsızdır. O, 2010-cu ildə orbitə buraxılıb. Təyyarə idarəsi tam avtomatikdir. 

 

 

 

İnterAz //

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...