İsa peyğəmbərin məzarı Qüdsdə tapıldı - VİDEO/FOTO

İsa peyğəmbərin məzarı Qüdsdə tapıldı - VİDEO/FOTO

 

İsrailli arxeoloq Aryeh Shimron İsa peyğəmbərin qəbrinin tapıldığını iddia edir.

 

Türkiyə mətbuatı xəbər verir ki, Qüdsün şərqində 1980-ci ildə ilk dəfə aşkarlanan Talpiot məzarlığındakı qəbirlərin İsa peyğəmbərə və ailəsinə aid olduğu iddia edilir.

 

Məzarda olan sümüklər üzərində kimyəvi üsulla tədqiqatlar aparılıb. İsrailli arxeoloq Aryeh Shimron, bu araşdırmalar nəticəsində qəbirlərin İsa peyğəmbərə, həyat yoldaşı Mary Maqdalenaya və oğlu Yehudaya aid olduğunu söyləyib.

 

"Talpiot məzarlığındakı sümük nümunələri İsa peyğəmbərin evləndiyini sübut edir”-deyən arxeoloq, İncildə qeyd edildiyi kimi, İsanın göyə yüksəlmədiyini iddia edib. İsrailli arxeoloqun bu iddiasının xristian aləmində yeni müzakirlərə yol açacağı gözlənilir.

 

***

2016-08-21 13:09:03


 

Qüdsdə içərisində İsa peyğəmbərin və ailəsinin qəbirləri olduğu ehtimal edilən sərdabə ilə bağlı yeni xəbər yayılıb.

 

Publika.az xarici mediaya istindən xəbər verir ki, qədim sərdabənin həqiqətən də İsa peyğəmbərə və ailəsinə məxsus olması təsdiqini tapmaq üzrədir.

 

Bu sərdabə 1980-ci ildə Qüdsün rayonlarının birində bina inşası üçün bünövrə qazılan zaman aşkar edilib. İnşaat işçiləri bu barədə dərhal arxeoloqlara xəbər verərək, sirli ərazini tərk ediblər.

 

Araşdırma zamanı həmin sərdabədə əhəng daşından düzəldilmiş 6 ədəd tabut tapılıb. Qədim dövrlərdə bu tabutlarda insan cəsədlərinin külü saxlanılırmış.

 

Tapılan tabutların üzərində İeşua, Mariya, Mariya Maqdalina, Matvey, İosif və İuda yazılarının olduğu müəyyən edilib.

 

Hazırda dünya Vatikan rəhbərliyinin 36 il öncə Qüdsdə tapılan məzarların İsa Məsihə və onun ailəsinə məxsus olmasını təsdiqləməsini gözləyir.  

 

 

 

Fotoları təqdim edirik:

 


 


 

 

Fotoları təqdim edirik: 

 



 

 
 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...