Türkmənistanda açılan yeni aeroport \"Rekordlar Kitabı\"na düşdü-VİDEO

Türkmənistanda açılan yeni aeroport \
Sfera.az-ın verdiyi məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda bu gün 2 milyard dollardan artıq pul xərclənən yeni Beynəlxalq Hava Limanının açılışı olub. 1200 hektar sahəni əhatə edən aeraportun 3 terminalı var: sərnişin, VIP və yük. Hava limanının  sərnişin buraxma gücü saatda 2000 sərnişindir. Aeraport istənilən tip və yükqaldırma qabiliyyətinə malik təyyarələri qəbul edə və beynəlxalq standartlara uyğun xidməti təmin edə bilər. İki uçuş-eniş zolağının uzunluğu 3800 metrdir.
 

 
Açılışda iştirak edən prezident Qurbanquli Berdmuhammedov yeni hava limanının  qitədaxili və qitələrarası ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini açıqlayıb.
 
Qeyd edək ki, yeni hava limanının əsas sərnişin terminalının tavanında dünyanın ən böyük xalça gelinin memarlıq rəsminin təsvir edilməsi səbəbilə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Bu ornamentin sahəsi 705 kvadratmetrdir.
 
 
FaktXəbər //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...