Bakı sakininin 1000 manatını külək apardı

Hadisə
19:10 / 20.10.2022
11270
Bakı sakini küçədə külli miqdarda pulunu itirib.
Sfera.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, “Xütor” adlanan ərazidə baş verib. Paytaxt sakini olan bir nəfər 5 ədəd 100 və 1 ədəd 500 manatlıq olmaqla ümumilikdə 1000 manatını cibindən salıb.
Pulunu itirdiyini başa düşüb geri qayıdanda isə yüzlüklərini tapmayıb.
Ehtimal olunur ki, havanın küləkli olması səbəbilə yerə tökülən pullar yoxa çıxıb. (Lent.az)