ŞOK:5 yaşında hamilə qaldı - FOTOLAR

ŞOK:5 yaşında hamilə qaldı - FOTOLAR
 
1939-cu ildə 5 yaşında hamilə qalan və dünyaya sağlam bir oğlan uşağı gətirən Perulu Lina Medinanın bugünkü halının şəkli dərc olunub.
 
Sfera.az xəbər verir ki, Lina Medina, bu gün 81 yaşındadır. İllər əvvəl yaşadığı hadisənin detalları isə şok edicidir.
 
1939-cu ildə Peruda And Dağlarının ətəklərində kasıb bir ailənin qızı olan 5 yaşlı Lina Medinanın qarnı və sinələri qısa müddətdə sürətlə böyüməyə başlayıb.

Vəziyyətdən xeyli qorxan anası, bir şeylərin yolunda olmadığını və qızının xəstə olduğunu düşünüb. Qarnı o qədər böyümüşdü ki, bunun dəhşətli bir şiş olduğunu düşünərək xəstəxanaa aparıb.

Müayinədən sonra 7 aylıq olduğu məlum olub.

Ailənin aldığı bu xəbər son dərəcə sarsıdıcı olsa da, Lina 14 May 1939-cu ildə  2 kilo 700 qram ağırlığında sağlam bir oğlan uşağı dünyaya gətirir.
 
Doğumu reallaşdıran Gerardo Lozada isə uşağın ad atası olub.
 
Ancaq hadisə hələ bağlanmamışdı. Dünyaya gələn bu uşağın bir də atası olmalıydı. Bu səbəblə gözlər Lina Medinanın atasına çevrilmiş və özü nəzarətə alınmış olsa da dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılır.
 
Doğma anasını 10 yaşına qədər bacısı kimi tanıyan Gerardo, 40 yaşında ilik xərçəng xəstəliyindən həyatını itirib. Lina isə 38 yaşında evlənərək yenidən ana olur.
 
Həkimlərin dediklərinə görə, 5 yaş artıq uşaqların yeniyetməlik dövrləridir və bu durumun hamiləliklə sonlanaraq sağlam uşaq dünya gətirmək isə bir möcüzədir. 
 
Qeyd edək ki, Lina Medinanın halhazırda 81 yaşı var.

5 YAŞINDA HAMİLE KALIP ANNE OLMUŞTU! İŞTE SON HALİ... galerisi resim 3
 
5 YAŞINDA HAMİLE KALIP ANNE OLMUŞTU! İŞTE SON HALİ... galerisi resim 2
 
5 YAŞINDA HAMİLE KALIP ANNE OLMUŞTU! İŞTE SON HALİ... galerisi resim 4
 
5 YAŞINDA HAMİLE KALIP ANNE OLMUŞTU! İŞTE SON HALİ... galerisi resim 5
 
Aytac
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 



OXŞAR XƏBƏRLƏR