Novxanıda iki bacının qəzaya düşdüyü avtomobilin görüntüləri – FOTO

Novxanıda iki bacının qəzaya düşdüyü avtomobilin görüntüləri – FOTO

Bir neçə gün əvvəl Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi də bu gün vəfat edib. 

Sfera.az xəbər verir ki, Lent.az Sürəyyə və Leyla Qəhrəmanova bacılarının qəzaya düşdüyü avtomobilin görüntülərini əldə edib.

Hadisənin dəhşətini və məşumluğunu əks etdirən fotoları təqdim edirik.

Qeyd edək ki, sentyabrın 15-də saat 08 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Sürəyyə Qəhrəmanovanın idarə etdiyi "Chevrolet Aveo” və Bakı şəhər sakini Kamran Məmmədovun idarə etdiyi "MAN” markalı yük maşını toqquşub. 

Nəticədə S.Qəhrəmanova hadisə yerində ölüb, onun 24 yaşlı bacısı Leyla isə əvvəlcə Kliniki Tibbi Mərkəzə, daha sonra isə işlədiyi özəl xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leylanın da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

​​​​​​Azərbaycan Prezidenti İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.   Sfera.az xəbər verir ki, dövlət başçı...

G7 liderlərindən İrana çağırış

İtaliyada keçirilən Böyük Yeddilik (G7) sammitində iştirak edən dünya liderləri İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıb...

Bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO

“Əvvəlki yanaşma belə idi ki, işçi xidməti parklanma ərazisində boş yer tapdığı halda parklanma ödənişsiz olurdu. İndi isə, həmin ərazilər müəyyən edilir....

Azərbaycanda benzin istehsalı nə qədər artdı? - CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2155.4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü i...

Kürdəmirdə də leysan fəsadlar törətdi

Kürdəmirdə aramsız leysan fəsadlar törədib.   Sfera.az axar.az-a istinadən xəbər verir ki, günün ikinci yarısında başlayan güclü yağışdan sonra əmələ...

Putin Ukraynada döyüşən Rusiya hərbçilərinin sayını açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində 700 minə yaxın hərbi qulluqçusunun savaşdığını açıqlayıb.   Sfera.az “Report”a istina...