Təzə paltarı mütləq yuyun! - ÖLÜM TƏHLÜKƏSİ

Təzə paltarı mütləq yuyun! - ÖLÜM TƏHLÜKƏSİ

Təzə paltar alanda onu geyinməzdən əvvəl yaxşıca yumaq lazımdır.

Sfera.az publika.az-a istinadən bildirir ki, dermatoloqlar xəbərdarlıq ediblər ki, təzə paltarlara köhnəlməməsi üçün bəzi kimyəvi maddələr istifadə edilir. Bu maddələr bir çox hallarda allergik reaksiyalar və dəridə səpkilər yaradır. 
 
Yeni alınmış paltarı niyə yumaq lazımdır? Elmi izahı

Nyu-Yorkda Kolumbiya Universitetinin dermatologiya kafedrasının professoru Donald Belsito istənilən geyimi aldıqdan sonra yumağı və iki dəfə yaxalamağı tövsiyə edib. O, həmçinin xəbərdarlıq edib ki, mağazada paltarı geyinib yoxlayan digər müştərilərin bədənlərində hər hansı zəhərli parazitlər ola bilər.
 
Təəssüf ki, qanun istehsalçılara məhsullarda hansı kimyəvi maddələrin istifadə edildiyinə dair məlumatın yarlıqlarda qeyd olunmasını icazə vermir.
 
"Daily Mail" qəzeti yazır ki, Yeni Zelandiyada mütəxəssislərin apardığı tədqiqatlar göstərib ki, çin geyimlərində təhlükəsizlik normalarına cavab verməyən 900-dən çox allergik maddə aşkar olunub. Professor və dermatoloq Belsitonun sözlərinə görə, çin məhsullarında əsas təhlükə mənbəyi formaldehid qatrandır. Qaz halında olan rəngsiz maddə qırışların yaranmaması və kif inkişafının qarşısının alınması üçün bir sıra geyimlərə tətbiq edilir. Formaldehid qatran dəri və allergik reaksiyalar yaradır, bəzi tədqiqatçılar isə belə hesab edirlər ki, o, xərçəng xəstəliyinin də inkişafı riskini artırır.
 
Boya maddələri də az təhlükəli deyil. Azoanilin boyaq maddələri ilə işlənmiş bir çox sintetik parçalar dəridə ağır reaksiya yarada bilər. Ona görə də mütəxəssislər həssas dəri tipinə sahib olanlara aldığı təzə paltarları geyinməzdən əvvəl yumağı tövsiyə ediblər.
 
Məlumat üçün bildirək ki, allergiya bir qayda olaraq, daha çox tərləyən yerlərdə - bel, boyun, diz altı, həmçinin qoltuqların ətrafında özünü daha çox göstərir.



OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pak...

Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"na yeni baş məşqci təyin edilib.   Sfera.az xəbər verir ki, manset.az-ın məl...

Tələbələrimiz Çinin aparıcı universitetlərində təqaüdlə təhsil ALACAQ

Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaq. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlum...

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...