Bakıda avtobus qəzası: ölən və yaralanan var - YENİLƏNİB

Bakıda avtobus qəzası: ölən və yaralanan var - YENİLƏNİB

13:56

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun iştirakı ilə baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. 

Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 17-də saat 20 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Ərşad Həsənov idarə etdiyi "VAZ-21015" markalı avtomobili Şuşa şəhər sakini Aqil Əmiraslanovun yolun kənarında saxladığı "Daewoo" markalı xətt avtobusuna vurub. Nəticədə Ə.Həsənov və sərnişini, paytaxt sakini İlham Ədilovxəstəxanaya yerləşdirilib. İ.Ədilov orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

----------

13:56

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.

Sfera.az lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə "VAZ 2107" markalı, 90 NF 424 dövlət qeydiyyat nişanlı minik avtobusu ilə "Daewoo" markalı 10 TF 478 nömrə nişanlı sərnişin avtobusu toqquşub.

Nəticədə ağır xəsarət almış şəxslərdən 57 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...