İran dollardan imtina edir

İran dollardan imtina edir

İran satdığı neftə görə vəsaiti avro ilə almağa hazırlaşır. Bundan başqa İranın mərkəzi bankı xarici hesablaşmaları da avro ilə aparılmasına dair qərar verib. Buna səbəb isə dollardan asılılığı azaltmaqdır.

AzVision.az xəbər verir veriri ki, bu barədə məlumatı “Reuters” İranın Milli Neft şirkətindəki (NİOC) mənəbəyə istinadən verib.

Mənbənin vediyi xəbərə görə, söhbət Fransanın “ Total ”, İspaniyanın “Cepsa” və “LUKoyl” şirkətinin qolu olan “Litasco” şirkətlərin ilə bağlanan müqavilələrdən gedir. NİOC-un ödənişin hansı valyuta ilə aparacağı haqda müqavilədə xüsusi bənd olacaq: “Bizim neftin alıcıları ödənişi avro ilə aparmalı olacaqlar”.

“LUKOİL” və “Total” məsələ ilə bağlı şərh verməyib, “Cepsa” isə bununla bağlı sorğunu cavablandırmayıb. 

Bundan başqa rəsmi Tehran öz tərəfdarlarına bəyan edib ki, ona olan borcu ölkə dollarla yox avro ilə almaq istəyir. Mənbənin sözlərinə görə, dollardan imtina siyasi səbəblərdən irəli gəlir.

Ötən ilin sonu İrana ABŞ-ın sanksiyaları nəticəsində dondurulan vəsaitlərin bir hissəsini istifadə etməyə icazə verilib. Söhbət dollarda yox digər valyutalarda - Oman rialı və BƏƏ dirhəmində olan vəsaitlərdən gedir. İrana olan borcun ümumi miqdarını Vaşinqton 100 milyard dollar (89,2 milyard avro –red.) dəyərində qiymətləndirir. Tehran sanksiyaların ləğvindən sonra bu vəsaitin təqribən yarısını əldə edə bilib.

Hələlik İranın dünya ölkələrinin neft tədarükünə görə İrana olan borcunun hansı hissəsini avroda almaq istədiyi bilinmir. Təkcə Hindistanın bu ölkəyə borcu 6 milyard dollar təşkil edir.

İran artıq uzun illərdir ki neft ixracına görə beynəlxalq ödəniş əməliyyatlarının avroda həyata keçirilməsinin tərəfdarıdır. Hələ 2007-ci ildə Tehran OPEKüzvlərini İranın sabiq prezidenti Mahmud Əhmədinejad “lazımsız kağız” adlandırdığı dollardan imtina etməyə çağırırdı.


OXŞAR XƏBƏRLƏR