Pula görə, evlənməyə gedən kişilərə BƏD XƏBƏR

Pula görə, evlənməyə gedən kişilərə BƏD XƏBƏR

 

Ölkədə yaranan kişi qıtlığının qarşısını almaq üçün İslandiya dövlətinin onların qadını ilə evlənən immiqrant kişilərə ayda 5 min dollar ödəməklə bağlı qərar qəbul etdiyi haqqında yayılmış xəbərlər yalandır.

 

Sfera.az-ın xəbərinə görə, İceland review-ya istinadən bildirilir ki, İslandiyanın Xarici İşlər Nazirliyi olayla bağlı xüsusi bəyanat yayıb. Bəyanata görə, "evlənməyə görə pul" xəbərini qeyri-ciddiliyi, uydurma və absurd xəbərləri ilə ad çıxarmış thespiritwhispers.com saytı yayıb, sonra da müxtəlif ölkələrin kütləvi informasiya vasitələri bu məlumatı tirajlayıblar.

 

"Həmin saytdakı xəbərin yalan olduğunu anlamaq üçün, yetər ki, mətni oxuyasınız. Mətn çox bisavad şəkildə, qrammatika və orfoqrasiya qaydalarının kobud şəkildə pozulması ilə yazılıb", - XİN-nin bəyanatında deyilir.

 

 

Milli.az //

Sfera.az



OXŞAR XƏBƏRLƏR