Gecə tez-tez oyanmanın səbəbləri nələrdir?

Gecə tez-tez oyanmanın səbəbləri nələrdir?
 
İnsanlar istirahət zəruriliyi səbəbiylə günün uyğun vaxtını yuxuda keçirir.
 
Sfera.az xəbər verir ki, sağlam bir yuxu, bizi ertəsi günün yorğunluğuna qarşı dözümlü edir. 

Yuxuya getmə problemi gecə yuxusunda erkən oyanma, yaxud gec oyanmaya səbəb olur.
 
Gecə tez-tez oyanmaq bəzən bir sağlamlıq probleminin göstəricisi ikən, bəzən də normal bir hal olduğu bildirilir.
 
Gecə tez-tez oyanmanın səbəbləri nələrdir?
 
1. Yatağın komforsuzluğu: Komfortsuz və bədəni narahat edən həddindən artıq sərt və ya həddən artıq yumşaq yataqlar, insanın onurğa sisteminə təsir edərək tez-tez oyanmaya səbəb olur.

2. Fərqli bir yerdə yatmaq: Vərdiş olduğunuz yerdən başqa, fərqli bir mühitdə, gurultulu, ya da həddindən artıq səssiz bir şəraitdə yatmaq tez-tez oyanmağa səbəb ola bilər. Anacaq şəxs müəyyən bir müddətdən sonra bu narahatedici səbəbləri duymaz, əksəriyyəti isə oyanmaz. Dəmir yoluna, hava limanına, ya da kiçik, yaxın evlərdə yatmaq buna misaldır.
 
3. Artıq yemək yedikdən sonra yatmaq: Ağır və çox yemək yemək, ya da gec saatda yeyilən yeməkdən dərhal sonra yatmaq, insanın gecə oyanmasına səbəb ola bilər.

4. Çok istidə yatmaq: Hədsiz isti havalar və ya qışın çox isti bir şəraitində yatmaq yuxunuzu pozur. Ümumiyyətlə, səhərə qarşı saat 3.00-a kimi bədən öz temperaturunu azaldır. Ancaq mühit çox isti olarsa oyanma halı baş verir.

5. Ayaq sindromu: Bəzən dərmanlar səbəbiylə, bəzən isə səbəbsiz ortaya çıxan narahat ayaq sindromunda yaranan ağrı oyanmaya səbəb olur.

6. Qan şəkərinin düşməsi: İstifadə edilən dərmanlar, ya da şəkər xəstəliyi səbəbiylə gecə yuxuda qan şəkəri düşə bilir. Bu da tez-tez oyanmaya səbəb olur.

7. Kabus görmə; Stresli zamanlarda, dərmanın təsiri, yaxud da insanda hər hansı bir narahatçılıq səbəbəbi ilə yuxuda kabus görürük ki, bu da yuxu sistemini pozur.

8. Stres: Stresli dövrlərdə tez-tez oyanma müşahidə olunur. 
 
 
 
 
Aytac 
 
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.






OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...