Uşaqlarda zəkanı inkişaf etdirən və zehni açan sevimli qidalar hansılardır?

Sağlam və düzgün qidalardan istifadə uşaqların fiziki və əqli inkişafına birbaşa təsir edir, onların daha uğurlu olmasına kömək edir.
Sfera.az bildirir ki, qidalanmanın uşaqların fiziki inkişafında olduğu kimi zehni inkişafında da həlledici rol oynadığını vurğulayan Pediatriya Mütəxəssisi Dr. Hüseyin Tapik zəka inkişaf etdirən və zehni açan ən vacib qida qruplarını açıqlayıb.
Zülal, kalsium, fosfor, maqnezium, kalium, sink, vitaminlər və fol turşusu kimi bir çox vitamin və mineralları ehtiva edən süd və süd məhsulları uşaqların fiziki və zehni inkişafına böyük töhfə verir. Müntəzəm olaraq istehlak edilən iki stəkan sağlam südün uşaqların gündəlik mineral ehtiyaclarının çoxunu ödəyə biləcəyini vurğulayan mütəxəssis “Uşaqların məktəb dövründə süd istehlakı onların zehni fəaliyyətlərinə müsbət təsir edir. Bu nöqtədə diqqət yetirilməli olan ən mühüm məsələ süd alınan heyvanların açıq havada və təbii yemlərlə bəslənməsidir "- deyə bildirib.
Fındıq və quru meyvələr zehni yaxşılaşdırır
Hüseyin Tapik beyin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən qoz, fındıq, badamı kimi çərəzlərin mütləq qəbul edilməsinin lazım olduğunu vurğulayıb:
“Minerallar, qida maddələri və fermentlərlə zəngin olan çərəzlər beyin inkişafını dəstəkləyir və uşaqların immun sistemini gücləndirir. Bununla belə, Amerika Pediatriya Akademiyasının bildirdiyinə görə, uşaqların boğazında qoz-fındıq qalma riskinə qarşı 5 yaşından etibarən müxtəlif çərəzlərdə istifadə etməyi tövsiyə edirik. Bundan əlavə, təbii və quru qara üzüm, qurudulmuş tut, qurudulmuş portağal, alma, qurudulmuş xurma kimi quru meyvələri də bura əlavə etmək olar. Uşaqların gün ərzində itirdikləri enerjinin və bədənlərinin böyüməsi üçün lazım olan qidaların qarşılanmasında böyük əhəmiyyət kəsb edən quru meyvələr zəngin vitamin, mineral və kalium tərkibi ilə ön plana çıxır".
Mövsümi meyvə və tərəvəzlər vacibdir
Bədənin sağlam işləməsinə kömək edən və xəstəliklərdən qoruyan tərəvəz və meyvələrin də qəbul edilməsi lazım olan digər qida qrupudur. Vitamin və mineral ehtiyaclarının təbii qida qaynaqlarından alınması lazım olduğunu vurğulayan mütəxəssis “Mövsümi tərəvəz və meyvələrdən istifadə etməklə orqanizmin vitamin və mineral ehtiyacları ən doğru şəkildə qarşılanmalıdır. İspanaq, kələm, gül kələm, brokoli kimi qışda sevərək istehlak edilən və vitaminlərlə zəngin tərəvəzlər, heyva, alma, naringi, portağal, nar kimi meyvələrin istehlakına diqqət yetirilməlidir”- məlumat verirb.
Beynin inkişafına töhfə verən sevimli qida mənbəyi yumurtadır
Yumurtanın tərkibindəki A vitamini, D vitamini, kolin, sink və dəmir kimi vitamin və mineralların uşaqların zehni inkişafında və immunitetinin güclənməsində mühüm yer tutur deyə pediatr məlumat verib:
“Lesitin və kolinin əsas qaynağı olan yumurtalar uşaq inkişafında böyük rolu olan, yaddaşı gücləndirən qidalardan biridir. Xüsusilə tərkibindəki xolin sayəsində uşaqlarda stresslə əlaqəli xəstəliklərin və xroniki vəziyyətlərin inkişaf riskini azalda bilər. Yumurtanı hər gün tərəvəzli və ya pendirli omlet şəklində, qaynadıb və ya müxtəlif üsullarla bişirməklə uşaqların cansıxıcı olmadan qəbul etməsini təmin edilə bilərsiniz. Bu nöqtədə diqqət edilməli olan ən vacib məqam yumurtanın təbiətdə dolaşan toyuq yumurtası olduğundan əmin olmaqdır.
Gülər