Payızda immunitet sistemini gücləndirmək üçün nə etməliyik?

Payızda immunitet sistemini gücləndirmək üçün nə etməliyik?

Orqanizmimizin təbii müdafiə mexanizmi olan immunitet sistemini gücləndirməklə Covid-19 və digər xəstəliklərə qarşı güclü müdafiə yaratmaq mümkündür.

 

Sfera.az xarici KİV-ə istinadən bildir ki, xəstəliklərlə mübarizə aparmağın ilk yolu immunitet sistemini güclü saxlamaqdır. Bədən üçün təhlükə yaradan hər bir təhlükəyə qarşı özünəməxsus müdafiə strategiyasını hazırlayan bu sistem, bənzətmə ilə bir ordu kimi işləyir. İmmunitet sisteminin inkişafı dünyaya gözlərini açan körpənin xarici dünya ilə ünsiyyəti ilə başlayır. Bu andan etibarən Covid-19 kimi bədənə daxil olan bütün mikroorqanizmləri aşkar edərək onlarla mübarizə aparır, hətta lazım gəldikdə onların orqanizmə daxil olmasına mane olur.

 

Bəs bu qədər böyük əhəmiyyət kəsb edən immunitetimizi gücləndirmək üçün nə etməliyik? 

 

- Suyun faydalarını hamımız qismən bilirik. Ən əhəmiyyətli faydası bədəndən tullantıları çıxarmasıdır. Yalnız susadığınız zaman su içməməlisiniz, susuzluq hiss etməsəniz də gündə ən az 8-10 stəkan su içməyə çalışın.

 

- Mövsümi meyvə və tərəvəzlərdə bol vitaminlər tam bir sağlıq deposudur. Üstəlik, orqanizmin təmizlənməsində rol oynayan antioksidanlar meyvə və tərəvəzlərdə boldur. Buna görə də meyvə və tərəvəzlərin istifadəsi immunitet sistemini əhəmiyyətli dərəcədə gücləndirir. Tərəvəz və meyvələri gündə ən azı 5 dəfə qəbul etmək vacibdir. Yeməklərinizdə alma, nar, portağal və naringilərə yer ayırmağı unutmayın.

 

- Bədənin güclü antioksidantı olan qlutation qəbulu üçün sarımsaq və soğana mütləq vacibdir. Kifayət qədər qəbul ilə bədən təbii olaraq müqavimət qazanır. Təbiətin ən güclü antibiotiki olaraq qəbul edilən sarımsaq, antimikrobiyal quruluşu sayəsində immunitet sisteminizi gücləndirir.

 

- Balığın bir çox faydası var. Digər bir faydası isə orqanizmi xəstəliklərə qarşı davamlı etməsidir. Amma balıq qəbul etməzdən əvvəl bişirmə texnikasına fikir vermək lazımdır. Qızartmaq əvəzinə sobada bişirmək daha sağlam seçimdir.

 

- Bədəni fit saxlamaq üçün xüsusi pəhrizlərdən çəkinin. Bunun əvəzinə müxtəlif yemək növləri ilə yeməklər seçin və sağlam və balanslı bir pəhriz yaradın.

 

- Soyuq qış günlərinə qədəm qoyacağımız bu günlərdə isti nəsə yeməyə meylimiz artır. Bu nöqtədə fast food yerinə şorba qəbul edə bilərsiniz. Hazırlayacağınız şorbalar sizi isitəcək və immunitet sisteminizi gücləndirəcək.

 

Gülər


OXŞAR XƏBƏRLƏR

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...