Xəzər dənizində Rusiya gəmiləri toqquşdu - Yaralılar var

Hadisə
19:33 / 07.10.2022
11885
Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçikhəcmli gəmi toqquşub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Bildirilir ki, qəza nəticəsində xəsarət alanlar var.
“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda, Xəzər dənizində iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, - məlumatda deyilir.