70 yaşlı Putinin həyatındakı 6 mühüm hadisə - Maraqlı ştrixlər + FOTOLAR

70 yaşlı Putinin həyatındakı 6 mühüm hadisə - Maraqlı ştrixlər + FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin bu gün 70 yaşı tamam olur.

 

Sfera.az bildirir ki, bununla bağlı  “BBC” Putinin psixoloji cəhətdən formalaşmasına və düşüncələrinə təsir etmiş mühüm məqamları araşdırıb. Həmin sıralamanı təqdim edirik:

 

Son dakika... Putin'in çocukluk ve gençlik albümü ortaya çıktı - Son Dakika  Haberleri Milliyet

 

1) 1964-cü ildə cüdonu öyrənməsi - İkinci Dünya Müharibəsi zamanı 872 günlük mühasirənin ağrılı izlərini hələ də daşıyan, Leninqradda anadan olan Putin məktəbdə güclü və döyüşkən uşaq olub. O, heç kimdən qorxmadığı üçün məktəbdə hamı ilə döyüşə bilirdi. Lakin bu zəif, aqressiv balaca oğlan küçə quldur dəstələri ilə dolu şəhərdə yaşamaq üçün döyüş sənətlərini öyrənməli idi. Putin 12 yaşında sambo, daha sonra isə cüdonu öyrənib. Əzmkarlıq və nizam-intizam sayəsində o, 18 yaşında cüdo üzrə “qara kəmər” qazanıb və yeniyetmələrin ölkə turnirində üçüncü yeri tutub. O vaxtdan bəri bu, Putinin patriarxal eqosunun formalaşmasına kömək edib. Bu, həm də ona hər zaman təhlükə altında olduğunu və fəal mübarizə aparmalı, özünü müdafiə etməli olduğunu hiss etdirib. Putin çıxışlarından birində “döyüş qaçılmazdırsa,  ilk güclü zərbəni sən vurmalısan ki, rəqib ayaq üstə durmasın”, deyə söyləyib.

 

Putinin gənclik illəri – FOTO

 

2) 1968-ci ildə Dövlət Təhlükəsizlik Komitəsində (KQB) işləmək üçün müraciət etməsi - Əksər insanlar Leninqraddakı Sovet məxfi kəşfiyyatının qərargahına getməkdən, hətta yanından keçməkdən qorxsalar da, Putin üçün vəziyyət fərqli idi. Onun cəmi 16 yaşı olanda DTK binasına daxil olub və o zaman xeyli təəccüblənən zabitdən kəşfiyyat xidmətində necə işləyə biləcəyini soruşub. Putinə bildiriblər ki, əvvəlcə hərbi xidməti başa vurmalı, ya da diplom almalıdır. Buna görə hətta hansı ixtisası oxumağın ona üstünlük verəcəyini soruşub və “hüquq fakültəsi” cavabını alıb.  O vaxtdan Putin hüquq təhsili almağa qərar verib. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirən Putin DTK-ya qəbul edilib. Ekspertlərin fikrincə, DTK Putin üçün ən böyük güc idi, hətta partiya ilə heç bir əlaqəsi olmayanlar üçün də təhlükəsizliyi və yüksəlişi təmin edirdi.

 

Putinin gənclik illəri – FOTO - son xeberler

 

3) 1989-cu ildə alman etirazçıların DTK binasına basqın cəhdi - Putinin DTK-dakı karyerası ilk vaxtlar sürətlə yüksəlməyib. O, yaxşı iş görsə də, istədiyini əldə edə bilmirdi.  Buna görə də o, alman dili kursuna yazılıb və daha sonra 1985-ci ildə Drezdendəki DTK-nin əlaqə bürosuna təyin edilib. Lakin 1989-cu ilin noyabrında Şərqi Almaniya rejimi sürətlə dağılmağa başlayıb. 5 dekabr 1989-cu ildə bir qrup etirazçı Drezdendə DTK binasını mühasirəyə alıb. Putin təcili olaraq Qırmızı Ordunun ən yaxın zastavasına zəng edərək mühafizə tələb edib və “Moskvadan əmr olmadan heç nə edə bilmərik. Moskva indiyə qədər susur”,  cavabını alıb. Buna görə də Putin qəzəbli kütlə ilə danışıqlar aparmaq vəzifəsini öz üzərinə götürüb və mühasirəni itkisiz yara bilib. Bu hadisə onun həyatına çox təsir edib - Putin mərkəzi hakimiyyətin qəfil dağılmasına və ya hər hansı mühasirəyə məruz qalmamaq üçün hər şeyi etməyə qərar verib.

 

Son Zamanların En Sık Konuşulan İsmi: Vladimir Putin

 

4) 2008-ci ildə Gürcüstanın işğalı - Putin 2000-ci ildə prezident olanda Qərblə müsbət münasibətlər qurmağa ümid edib. Lakin o, tezliklə hiss edib ki, Qərb fəal şəkildə Rusiyanı təcrid etməyə və alçaltmağa çalışır. Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvilinin NATO-ya üzv olmaq əzmi və Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya bölgəsinə nəzarəti bərpa etmək istəyi Putini qəzəbləndirib. Rus ordusu 5 gün ərzində gürcü ordusunu məğlub edərək Saakaşvilini alçaldıcı sülhə məcbur edib. Bir il ərzində ABŞ prezidenti Barak Obama Rusiya ilə “əlaqələri bərpa etməyi” təklif edib və Moskvaya 2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ verilib. Putin bunu Qərbin geri addımı kimi dəyərləndirib və hadisə onun həyatında mühüm faktlardan biri kimi qalıb.

 

Saakaşvili “Rustavi 2”-də Putinin təhqir olunmasına münasibət bildirdi

 

5) 2011-2013-cü illərdə Moskvada etirazlar - 2011-ci il parlament seçkilərinin saxtalaşdırıldığına dair geniş yayılmış fikirlər Putinin 2012-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyini elan etdikdən sonra daha da güclənən etirazlara səbəb olub. Etirazlar Putin dövrünün ən böyük xalq üsyanı idi. Rusiya lideri etirazların Vaşinqtonun təşəbbüsü, təşviqi və istiqamətləndirilməsi olduğuna inanıb və o, ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klintonu günahlandırıb. Həmin zamandan Putin Qərbin hər vasitə ilə onu devirmək istədiyinin fərqinə varıb.

 

Rusiyada müxalifət yeni etiraz mitinqi təyin etdi - Vaxt açıqlandı

 

6) COVİD-19 izolasiyası – Pandemiya dövründə Putin qeyri-adi təcrid vəziyyətinə düşdü. Onu görməyə gələn hər kəs iki həftə karantində saxlanılır və sonra mikrobları öldürmək üçün şüalandırılmış və dezinfeksiyaedici dəhlizdən keçməli olurdu. Bu müddət ərzində Putinlə üzbəüz görüşə bilən müttəfiqlərin və müşavirlərin sayı xeyli azaldı. Ekspertlərin fikrincə, o vaxtdan Putin təkbaşına düşünməyə və heç kimlə məsləhətləşmədən qərarlar qəbul etməyə öyrəşib və beləliklə, Ukraynanı işğal etmək qərarına gəlib.

 

Putin'in uzun masası: Kovid önlemi mi, güç oyunu mu? | Independent Türkçe

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İnsanlardan çox qütb ayılarının yaşadığı bu adada yaşamaq mümkündürmü?

7 mart 2025-ci ildə dərc edilən Prezident fərmanı ilə Türkiyə Şpitsbergen (Svalbard) müqaviləsini rəsmi olaraq qüvvəyə mindirib. Bu müqavilə Türkiyə vətəndaşlar...

Məşhur televiziya şousu ulduzunun həyat yoldaşı onu sifarişlə öldürmək istəyib

"Ghost Adventures" realiti-şousunun ulduzu Aaron Qudvinin həyat yoldaşı, 32 yaşlı Viktoriya ərini öldürməyi planlaşdırdığı üçün həbs edilib. Bu barədə...

Millimiz məğlub oldu

Azərbaycanın futzal millisi AÇ-2026-nın əsas mərhələsində səfərdə Yunanıstana məğlub olub.   Sfera.az xəbər verir ki, Afinadakı “DAİS Sports Ha...

Zelenski: Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq

Əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.   Sfera.az bildirir xəbər verir ki, bu barə...

Dağ Gəzintisi zamanı həyatını itirmişdi: “Mango” qurucusunun istintaqı yenidən açıldı

Türkiyədə doğulan, 14 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçən və tekstil nəhəngi “Mango” nun qurucularından İsak Andiç Ermay ötən ilin dekabrın...

Qadın güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.   Sfera.a...