Hadisəyə İbrahim Çelikkoldan böyük dəstək: Nə qədər istəyirsən qal

Məşhur müğənni Hadisənin boşandığı həyat yoldaşı Mehmet Dinçerlərin evin kirayəsini və depozitini ödəmədiyi məlum olduqdan sonra İbrahim Çelikkoldan Hadisəyə böyük dəstək gəlib. Evin sahibi Çelikkol Hadisəyə “İstədiyin qədər qal” deyib.
Sfera.az xəbər verir ki, bir il münasibət yaşadıqdan sonra aprel ayında evlənən Hadisə və Mehmet Dinçerler sentyabrın 30-da ilk məhkəmədə boşanıblar. Boşanan cütlük haqqında bir çox şaiyələr yayılmışdı. Evləndikdən sonra İbrahim Çelikkolun evində kirayə yaşayan cütlüyün depozit və kirayə pulu ilə bağlı problemlərinin olduğu iddia edilib.
Boşandıqdan sonra evi boşaldan Dinçerlerin 6 aylıq kirayə və depozit borcunu Hadisənin öhdəsinə qoyduğu məlum olub. Mehmet Dinçerlərin 150 min TL-lik depoziti ödəmədiyi məlum olduqda İbrahim Çelikkol “Evi istədiyin qədər istifadə edə bilərsən” deyərək Hadisəyə dəstək olub.