Moldovada fövqəladə vəziyyət iki ay uzadıldı

Moldovada fövqəladə vəziyyət iki ay uzadıldı

Moldova parlamenti Ukraynadakı vəziyyət və enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət müddətini uzadıb.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə respublikanın baş naziri Natalya Qavrilitsa açıqlama verib.


Qərar parlamentdə 53 səs çoxluğu ilə təsdiqlənib. Moldova müxalifəti isə buna etiraz olaraq toplantını tərk edib.



Fövqəladə tədbirlərin vacibliyini qeyd edən Qavrilitsa bu qərarın həm Rusiya qazının, həm də Dnestryanı və Ukraynadakı elektrik stansiyalarından ölkəyə idxalının dayandırılması ilə bağlı olduğunu açıqlayıb.



“Qaçqın axını və xammal tədarükü ilə bağlı riskə gedə bilmərik. Hər birimiz Avropaya qaz tədarükü ilə bağlı o qədər də ümidverici vəziyyət olmadığının şahidiyik”-deyə Qavrilitsa bildirib.



Xatırladaq ki, Oktyabrın 2-də Kişinyovda Moldovanın “Şor” müxalifət partiyası nümayəndələrinin kütləvi etiraz aksiyası başlayıb. Etirazçılar sentyabrın 18-dən etiraz aksiyasının keçirildiyi ölkə parlamentinin qarşısında çadır şəhərciyi qurublar.



Minlərlə vətəndaş prezident Maia Sandunun istefasını tələb edir. Xüsusən də etirazçılar hakimiyyətin siyasətindən, qaz və məhsulların qiymət artımından narazıdırlar.


Avqustun 31-də ölkə prezidenti əhalini qaz istehlakını mümkün qədər azaltmağa çağırmışdı. O, bu çağırışı qışda qazın qiymətinin bahalaşacağından ehtiyat etməsi ilə izah etmişdi.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...