Ukraynalı sənətçilərə sanksiya

Ukraynalı sənətçilərə sanksiya

Ukraynalı müğənnilər Anna Sedokova, Taisiya Povaliy və Ani Lorak Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) yeni sanksiya siyahısına daxil edilib.


Sfera.az bildirir ki, bu barədə Ukraynanın “Economic Truth” nəşri məlumat yayıb.



Onların ölkənin sanksiyalarına məruz qalmasının səbəbləri açıqlanmır.



Xatırladaq ki, oktyabrın 1-də Ukrayna hökumətimənin Rusiyadan olan fiziki və hüquqi şəxslər üçün yeni sanksiyalar siyahısını hazırladığı məlum olmuşdu.
3,6 mindən çox fiziki və hüquqi şəxsə, o cümlədən siyasətçilərə, iş adamlarına, incəsənət xadimlərinə, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən bank və müəssisələrə qarşı sanksiyalar paketi tətbiq ediləcək.



Bundan əvvəl sentyabrın 28-də Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi rusiyalı müğənni Anna Semenoviçi ölkənin milli təhlükəsizliyinə təhdid yaradan şəxs kimi tanıyıb. Buna qərara səbəb Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) təklifi əsasında; Semenoviçin Rusiya hakimiyyətinin siyasətini dəstəkləməsi qeyd edilirdi. Bundan əlavə, müğənni Donbassın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatda iştirak edən yaralı rus əsgərlərinə baş çəkmişdi.



Qeyd edək ki, Ukrayna Mədəniyyət Nazirliyi SBU-nun tövsiyəsi ilə ölkəyə girişi qadağan edilən şəxslərin siyahısını vaxtaşırı yeniləyir. İndi onun tərkibinə 210 nəfər daxildir.



Rəsmi Kiyev belə bir siyahını ilk dəfə 2015-ci ilin avqustunda təqdim edib. Ukraynada çıxışı qadağan edilən ilk sənətçilər arasında Oleq Qazmanov, Valeriya Perfilova (səhnə adı Valeriya), Sergey Penkin, Aleksandr Rozenbaum və Yuliya Çiçerina olub. O vaxtdan bəri bu siyahı vaxtaşırı dəyişib, yenilənir.



Adları qeyd olunan rəssamların xüsusilə Krıma səfərlərinə görə siyahıya daxil edildikləri bildirilir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...