Son 10 ildə paytaxt əhalisinin artım STATİSTİKASI

Cəmiyyət
15:15 / 06.10.2022
6067
Son illərdə Bakı şəhəri üzrə əhali sayında artım sürətinin xeyli zəifləməsi müşahidə edilir.
Sfera.az xəbər verir ki, ötən il paytaxt əhalisinin sayı cəmi 2,6 min nəfər və ya 0,1 faiz artaraq 2,303 milyon nəfərə yüksəlib. 2020-ci ildə Bakıda əhali sayı 2,3 milyondan bir qədər çox idi.
Yuvarlaqlaşdırsaq, görürük ki, ötən il paytaxt əhalisinin sayında artım qeydə alınmayıb.
Ümumilikdə, son 10 ildə Bakıda əhali sayında artım sürəti zəfləyir. 2008-ci ildə paytaxt əhalisinin sayı 40,2 min nəfər (2 faiz) artdığı halda, 2016-cı ildə 20 min nəfər (0,9 faiz), 2020-ci ildə 7,4 min nəfər (0,3 faiz) artıb.
Vasif,
Sfera.az