İsgəndər Mahmudovun şirkətinə AĞIR SANKSİYA

Dünyanın aparıcı əmtəə birjası olan London Metal Birjası (LME) Ural Mədən-Metallurgiya Şirkəti (UMMC) və onun törəmə müəssisəsi olan Çelyabinsk Sink Zavodunun istehsal etdiyi mis və sinkin yeni tədarükünə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bu barədə birja öz saytında məlumat yayıb.
Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, qadağa Böyük Britaniyanın sentyabrın sonunda UMMC-nin keçmiş prezidenti İsgəndər Mahmudova qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır. LME bəyanatında ölkə hökumətinin Mahmudovu UMMC-nin sahibi və ya nəzarət səhmdarı hesab etdiyini, şirkətin özü isə mart ayında onun direktorlar şurasını tərk etdiyini və artıq nəzarət edən benefisiar olmadığını bildirib.
Bu qərar alüminiumun qiymətini xeyli artırıb. Belə ki, bu gün keçirilən hərrac zamanı alüminiumun qiyməti avqustun 30-dan bəri ilk dəfə olaraq bir ton üçün 2400 dollara çatıb.
Qeyd edək ki, İsgəndər Mahmudov Rusiyanın özbək əsilli milyarderidir.
Vasif,
Sfera.az