Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac ARTIB

Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac ARTIB

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard dollar təşkil edib. 2021-ci ilin doqquz ayı ilə müqayisədə bu il qeyri-neft sektoru üzrə ixrac 310 milyon dollar və ya 17% artıb.


Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, bu dövrdə kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7% artıb.


Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon dolları təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% artıb.


2022-ci ilin sentyabr ayında isə qeyri -neft sektoru üzrə ixrac 231,2 milyon dollar təşkil edib və ötən ilin eyni ayı ilə müqayisədə artım 6,5 milyon dollar olub. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...