Rusiyanın işgəncə otaqlarında QANDONDURAN TAPINTILAR: Ukraynalı əsirlərin qızıl dişləri...

Ukraynanın Rusiyadan geri aldığı Xarkov şəhərində qandonduran tapıntılar aşkarlanıb.
Sfera.az bildirir ki, araşdırma aparan səlahiyyətlilər, müharibə cinayətlərinin törədildiyinə dair faktları ictimaiyyətlə bölüşüblər. Tədqiqat nəticəsində Rusiyanın işgəncə kameralarında qızıl diş qutuları tapılıb.
Səlahiyyətlilər ərazidə yaşayan sakinlərlə sorğu keçirib və Piski-Radkivski kəndindəki evdə elektrik kabelləri, kəndirlər, seks oyuncaqları, qaz maskaları və yanmış parçalar aşkar ediblər.
“Ruslar qurbanlarını torpağa basdırıb onlara qaz maskası taxır, ardınca parça yandıraraq boğulmalarına səbəb olurdular”, deyə ukraynalı rəsmilər qeyd edib.
Xatırladaq ki, bundan öncə Buça, İzyum kimi şəhərlərdə kütləvi məzarlıqlar da tapılmışdı.
Günay Rəsulqızı