“OPEC plyus”un qərarı ABŞ-ı qəzəbləndirdi: Ağ Evdən Körfəz ölkələrinə ZƏNG

“OPEC plyus”un qərarı ABŞ-ı qəzəbləndirdi: Ağ Evdən Körfəz ölkələrinə ZƏNG

“OPEC plyus” ölkələrinin gündəlik neft hasilatını kəskin şəkildə azaltmaq qərarı ABŞ-ı qəzəbləndirib.


Sfera.az xəbər verir ki, koalisiyaya qoşulan ölkələr gündəlik hasilatı 2 milyon barel azaltmaq haqqında razılığa gəlib. Koalisiya bu qərarını qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində neft qiymətlərindəki enişlə əlaqələndirib. Bu qərardan sonra “Brent” markalı neftin qiyməti 85 dollardan 93 dollara qədər artıb.  


“Bloomberg”in məlumatına əsasən, bu qərar neft hasilatında ciddi azalma yaratmayacaq. Çünki üzvlərin bəziləri öz kvotasından xeyli aşağı məhsul istehsal edir. Bu o deməkdir ki, onlar əlavə istehsal azaldılması olmadan yeni limitlərə əməl edirlər.


“Bloomberg”in hesablamalarına görə, 2 milyon barel azalma qərarı faktiki olaraq yalnız səkkiz ölkədən hasilatı azaltmağı tələb edəcək. Həmin ölkələr ümumilikdə gündəlik hasilatı 880 min barel azaltmalı olacaq.


Buna baxmayaraq, ABŞ qərardan geri addım atmağı tələb edib. ABŞ bildirir ki, dünyada yüksək qiymətlərin müşahidə edildiyi indiki dövrdə “OPEC plyus”un qərarı neft qiymətlərini yenidən artıracaq və nəticədə yüksək bahalaşma davam edəcək. 


“Bloomberg”ə danışan mənbələrə görə, ABŞ rəsmiləri Körfəz ölkələrindəki həmkarlarına zəng edərək, hasilatın azaldılmasından geri çəkilmələrini istəyib. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...