“OPEC plyus”un qərarı Azərbaycanın neft hasilatını azaltmayacaq – SƏBƏB

“OPEC plyus”un qərarı Azərbaycanın neft hasilatını azaltmayacaq – SƏBƏB

Oktyabrın 5-də Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin (“OPEC plyus”) nazirlərinin Vyanada növbəti iclası keçirilib. 


Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, iclasda 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması ilə bağlı qərar qəbul edilib. Bu qərara Azərbaycan da razılıq verib. 


Dünən əldə edilən razılaşma koalisiyanın son 2 ildə hasilatın ən yüksək azaldılması qərarıdır. Razılaşmanın müddəti 2023-cü ilin dekabrın 31-nə kimi qüvvədə olacaq.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Yəni, “OPEC plus” razılaşmasına əsasən, 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatı 684 min barreli keçməməlidir.


Qeyd edək ki, bu qərar Azərbaycanın xam neft hasilatında artımın qarşısını almayacaq. Çünki hazırda Azərbaycanın gündəlik neft hasilatı 554 min bareldir. Azərbaycan gündəlik hasilatı 130 min barel artıra bilər. 


Onu da əlavə edək ki, bu qərar yalnız xam neft hasilatına aiddir. Qaz hasilatı zamanı çıxan kondensatın həcmi ilə bağlı məhdudiyyət yoxdur. Azərbaycan avqustda gündəlik 87 min barel kondensat hasil etmişdi və xam neftlə birgə ümumi hasilat 641 min barel təşkil edib. 


Göründüyü kimi, bu həcm də Vyanada əldə edilən səviyyədən 43 min barel azdır.  


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...