Bakı Dəmir Yolu Vağzalında sərnişinlər etiraza qalxdı, polis müdaxilə etdi - VİDEO

Bakı Dəmir Yolu Vağzalında sərnişinlər etiraza qalxdı, polis müdaxilə etdi - VİDEO

Bu gün səhər saatlarında Bakı Dəmir Yolu Vağzalında sərnişinlərlə Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşları arasında insident yaşanıb.

 

Sfera.az xəbər verir ki, Sumqayıt-Bakı qatarından istifadə edən şəxslər sərnişin sıxlığının həddindən çox olması, sürət qatarları arasındakı intervalın böyüklüyü, qatarlarda havalandırma sisteminin işləməməsi barədə etirazlar ediblər.

 

İlkin məlumata görə, etiraza səbəb sıxlıq səbəbindən bir neçə nəfərin halının pisləşməsi olub. İnsidentə polis müdaxilə etməli olub. 

 

Xatırladaq ki, ötən gün bu istiqamətdə olan sıxlığa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da reaksiya verib. O bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil: “Sadəcə, sərnişinlərin sayı çoxdur”.

 

 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...