Aktyorun ailəsi bir-birinə dəydi - Cənazə qalmaqalı

Aktyorun ailəsi bir-birinə dəydi - Cənazə qalmaqalı

 

Məşhur aktyor Tarık Akanın vəfatı ailəsində ikitirəliyə səbəb olub.

 
Sfera.az axar.az-a istinadən bildirir ki, mərhumun böyük qardaşı Turqut Ürəgül xəstəxanadan cənazəni tələb edib. Lakin xəstəxana rəhbərliyi mərhumun cənazəsini ailəsinə təhvil verib.
 
Jurnalistlərə açıqlama verən T.Ürəgül xəstəxana rəhbərliyini cənazəni qaçırmaqda ittiham edib:
 
"Səhərdən buradayıq, qardaşımın cənazəsini bizdən qaçırırlar. ABŞ xəstəxanası cənazəni bizə vermir. Deyirlər ki, Nazim Hikmət Fondu açıqlama yayıb. Nazim Hikmət kimdir? Mən kommunistləri sevmirəm. Məni siyasətə qarışdırmayın. Mən onun böyük qardaşıyam, cənazəni mənə təhvil verməlidirlər".
 
Tarık Akanın böyük oğlu Barış Zəki Ürəgül əmisinin açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, aktyorun cənazəsi qaçırılmayıb, dəfn üçün hazırlıq görülür:
 
"Atam 3 həftədir ki, xəstəxanada müalicə alırdı. Bodrumda, sadəcə, 1 həftə istirahət üçün qaldı. Sonra xəstəliyi ağırlaşdı və xəstəxanaya gətirdik. Dünən gecə saat 1-də üç övladının yanında vəfat etdi. Atam, sadəcə, bizim üçün deyil, bütün Türkiyə üçün önəmli insan idi. İndi yalan, yanlış danışan o şəxs (əmisi Turgut Ürəgülü nəzərdə tutur - red) şou üçün danışır. Atamın cənazəsinin itməyini deməsi çox maraqlıdır. Çünki atamın cənazəsi bizdədir və dəfn üçün hazırlıqlar görürük. İndi danışan o şəxs atam sağ ikən onun ətrafına belə yaxınlaşa bilmirdi".



OXŞAR XƏBƏRLƏR

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...