Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik

Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik

Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik yaşanıb. Buna səbəb Ukraynanın Astanadakı səfirinin sözləri olub.



Sfera.az xəbər verir ki, gərginlik Ukrayna səfirinin avqustda Astanada çıxışı zamanı dediyi “qatil ruslar” sözlərindən sonra yaranıb. Rəsmi Moskva Ukrayna səfirinin ölkədən birdəfəlik geri göndəriləcəyinə ümid edirdi. Çox güman ki, Rusiya tələb etdiyi qədər tez olmasa da, bu baş verəcək. Qazaxıstan rəhbərliyi səfiri arzuolunmaz şəxs siyahısına daxil edib. Lakin verilən bəyanatda səfirin Astananı onun yerinə başqa diplomat gəldikdən sonra tərk edəcəyi bildirilmişdi.



Buna baxmayaraq Rusiya və Qazaxıstan arasında diplomatik gərginlik oktyabrın 4-də yenidən kəskinləşib. Bu gün Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova “mümkün qədər çox rusu öldürmək üçün qeyri-insani ictimai çağırışları ilə seçilən” Ukraynanın Qazaxıstandakı səfiri Petr Vrublevskinin Astanadan hələ də qovulmamasından qəzəbləndiyini bildirib.


Zaxarova açıqlamasında “Çox təəssüf edirəm ki, bu faşist nümayəndəsinin Astanaya heç vaxt qayıtmayacağına dair verilən vədlər yerinə yetirilməyib. O, hətta açıq şəkildə diplomatik nümayəndəliyin rəhbəri kimi diplomatik qəbullarda iştirak edir”-ifadələrini işlədib.



Xatırladaq ki, vəziyyətlə əlaqədar Qazaxıstanın Moskvadakı səfiri Yermek Koşerbayev də administrasiyaya çağrılıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşero...