Yadplanetlilər milyarderlərin raketlərini partlatdı – ŞOK VİDEO/FOTOLAR

Yadplanetlilər milyarderlərin raketlərini partlatdı – ŞOK VİDEO/FOTOLAR

Amerikalı milyarder və "SpaceX” şirkətinin sahibi Elon Maksın "Falcon 9” raket daşıyıcısı 1 sentyabr 2016-cı ildə Floridanın şərq sahilində yerləşən start meydançasında partladı.

 

Sfera.az xəbər verir ki, hadisə raketin yanacaqla - oksigen və ağ neftlə doldurulması zamanı baş verdi.

 

Partlayışın episentri oksigen çənində, ya da onun yanında olub. Amma qəzanın səbəbi hələlik məlum deyil. Qəzadan dərhal sonra Maks raketin işəsalma platformasında bir anomaliyanın olduğunu bildirdi.

 

Ufoloqlar və internet istifadəçiləri də güman edir ki, həqiqətən hansısa anomaliya var. "YouTube”da partlayış anını göstərən onlarla müxtəlif videoçarx yerləşdirilib. Yavaşladılmış kadrlarda raketin yanında hansısa uçan naməlum obyekt (UNO) görünür.

 

UNO partlayış anında bilavasitə raketin baş hissəsində görünür. İnternet istifadəçiləri təbii ki, parlayışı çox sürətli obyektin yaratdığını güman edirlər. Yəni, qəza diversiya idi. Onun yadplanetlilər tərəfindən təşkil edildiyi güman edilir.

 

Amma görünür ki, yadplanetlilər ilk dəfə məhz "SpaceX” şirkətinin başçısına zərər vurmayıblar. 28 iyun 2015-ci ildə Beynəlxalq Kosmik Stansiyasında startdan 2 dəqiqə 19 saniyə sonra "Falcon 9” partladı. Partlayan raket 200 milyon dəyərindəki AMOS-6 telekommunikasiya peykini orbitə çıxarmalı idi. "Facebook” sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Zukerberq onun köməyilə Afrika əhalisini internetlə təmin etmək istəyirdi.

 

Sağlamdüşüncəli ekspertlər isə əlbəttə ki, partlayışlarda yadplanetlilərin iştirakına inanmırlar. Ən ehtimal olunan fərziyyəyə görə kadra hansısa bir həşərat, ola bilər ki, quş düşüb. Bildirilir ki, kadra ehtimal ki, kiçik obyekt düşüb və onun hərəkət trayektoriyası kameranın obyektivinin yaxınlığından keçirdi.

 

Araşdırma və mübahisələr davam edir. Milyarder Elon Maks onun raketinin hansısa bir xarici təsir nəticəsində partladığını istisna etmir. O, UNO-ya işarə edir, məlum deyil.

  

 

 

 

Publika.az //

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...