Tibbin qara ləkəsi... - İnsanlar üzərində aparılmış ən dəhşətli TƏCRÜBƏLƏR

Tibbdə tərəqqi əlbəttə ki, çox insanın ömrünü xilas etməyə imkan verir. Amma bəzən həkimlər inqilabi yeniliklər axtararkən etik sərhədləri nə vaxt aşdığını anlamır.
Sfera.az bu dəfə tarix boyu insanlar üzərində aparılmış ən dəhşətli təcrübələri təqdim edir:
İnsan həmişə təcrübə altında olub. Əvvəllər təcrübələr qullar, daha sonra həbsdə olanlar və məğlub olmuşlar üzərində aparılıb. Sonra cəmiyyət belə hərəkətləri pisləməyə başladıqca dairə məşdudlaşıb və alimlər öz ailə üzvləri, bu, mümkün olmadıqda isə özləri üzərində təcrübə aparıblar. İnsanı təcrübə altına salmağın da öz balaca tarixcəsi var. 1830-cu ilə qədər anatomlar yalnız ölümə məhkum edilmiş cinayətkarların meyitləri üzərində təcrübə apara bilərdi. Belə leqal yolla meyit əldə etmək çətin idi, ona görə də, anatomlar «materialı» qəbirqazanlardan alır, ya da özləri qəbirləri soymağa girişirdilər.
Edinburq pansionunun sahibi Uilyam Xeyl və onun dostu Uilyam Berk bu “biznes”də hətta “zirvələrə” də yüksəliblər. Onlar pansion sakinlərini öldürür və sonra onların meyitini Robert Noksa satırdılar. 1827-1828-ci illər arasında Xeyl və Berk onlarla insanın həyatına bais oldular. Çox keçəmədən Berk ölümə məhkum edildi Bu hadisə İngiltərə hakimiyyətini insan bədəninin trepanasiya məsələsində qanun layihəsi qəbul etməyə məcbur etdi.
Müasir ginekologiyanın banisi Ceyms Merion Sims 3 qul qadın üzərində apradığı təcrübələrlə dünya şöhrəti qazanıb. Bu qadınlar sidik kisəsi və uşaqlıq yolu arasında dəlik olmasından əziyyət çəkirdilər. Sims əməliyyatı ağrıkəsici işlətmədən aparırdı, çünki əməliyyatın o qədər də ağrılı olmadığını düşünürdü. Simsin işlətdiyi alətlər indi də ginekologiyada işlədilir. Ginekologiya bu nailiyyətinə görə, 3 qul qadının ağrılarına “minnətdar” olmalıdır. Amma onu da qeyd etmək lazmdır ki, onun əməliyyatından sonra qadınların üçü də sağaldı və azadlığına qovuşdu. Onlardan ikisi uşaq sahibi də ola bildi.
Faşizm humanizmə qarşıdır
İnsanlar üzərində təcrübələr dedikdə ilk faşistlərin insanlar üzərində apardığı tibbi eksperimentlər yada düşür. Belə təcrübələr ikinci dünya müharibəsi zamanı konslagerlərdə aparılırdı.
Faşistlər əkiz uşaqlar üzərində çoxlu təcrübələr apararaq onların gen səviyyəsində bir-biri ilə bağlılıq dərəcəsini aşkar etmək istəyirdilər. Bu ekspermentlərin başında Yosef Mengel dururdu. Əsirlərlə dolu qatar gələndə adətən onları şəxsən qarşılayır və seçim edirdi. Təcrübədə 1500 əkiz uşaq cütü iştirak edib. Onlardan yalnız 200 cütü sağ qalıb. Mengel təcrübələrini Auşvits konslagerində aparırdı. Əkizləri cins və yaş üzrə ayırıb kameralara yerləşdirirdilər. Kimyəvi preparatlarla gözün rəngini dəyişmək üzrə, ya da əkizləri bir-birinə tikib siam əkizləri yaratmaq kimi təcrübələr həyata keçirmişdilər. Gözün rəngini dəyişmək gözdə ağrılar və iltihabla, daha sonra görmə qabliyyətinin qısa müddətdə, ya da həmişəlik itirilməsi ilə nəticələnirdi. Həmin təcrübələrdən sonra “həkimin”əməlli-başlı “zəngin” göz kolleksiyası əmələ gəlmişdi. Mengel əkizlərdən birinin orqanını infeksiyaya məruz qoyub sonra hər ikisini yarmaqla müqayisə üsulu ilə tədqiqat aparırdı. Amma faşistləri həbs edəndə o aradan çıxa bildi. “Əkizpərəst” Braziliyaya qaçdı və 1979-cu ildə orada insultdan vəfat etdi
Faşistlər əsirlər üzərində kimyəvi silahın də təcrübələrini aparırdılar. Əsirlərin bəzilərini əlbəttə ki, ağrıkəsici olmadan axtalayıb, ya da sterilizə edirdilər. Faşistlər 1941-ci ildə hipotermiya, yəni bədənin istilik mübadiləsi üzrə təcrübələr aparıblar. Təcrübənin birində adamı buzla dolu soyuq suyun içinə 3 saatlıq yerləşdimişdilər. Başqa bir təcrübədə isə məhkumları çox aşağı tempraturda küçədə saatlarla çılpaq saxlayırdılar. Təcrübənin məqsədi hipotermiya keçirmiş adamı xilas etməyin üsullarını kəşf etmək idi.
1942-ci illin iyulundan 1943-cü ilin sentyabrına qədər sulfanilamid adlı dərmanın effektivliyi üzrə təcrübələr keçirilirdi. Adamları yaralayır və bilərəkdən yaraya streptokok, tetanus, anaerob qanqrena bakteriyası yeridirdilər. Bəzən yaranı iki tərəfdən qaytanla sıxıb qanı saxlayır və içinə taxta, ya da şüşə qırıntısı salırdılar. Sonra yaranan infeksiyanı sulfanil və başqa dərmanla müalicə etməklə müqayisəli şəkildə ən yaxşısını aşkara çıxarmağa çalışırdılar. İnsan üzərində təcrübələr aparmış bu “həkimlərin” əksəriyyəti hərbi cinayətkar kimi məhkum edilib.
Monstorların tədqiqatı
1939-cu ildə Ayova ştatından Uendell Conson və onun aspirantı Meri Tüdor Devenportdan olan 22 yetim üzərində təcrübə aparıblar. Onların elmi məqsədi kəkələmənin anadangəlmə deyil, sonradan qazanılmış keyfiyyət olduğunu sübut etmək idi. Onlara görə, uşaqlar danışmağa qorxu hissi keçirəndə kəkələməyə başlayır.
Uşaqları iki qrupa ayırmışdılar. Bir qrupa necə də səlist və aydın danşdıqları fikrini daima təlqin edirdilər. O biri qrupdan uşaqları isə Meri Tüdor hər ağzını açanda ələ salır və təhqir edirdi. Sonunda onları pəltək adlandırmağa başladı. Eksperiment nəticəsində uşaqların əksəriyyətində həqiqətən də pəltəklik əmələ gəldi və hətta təcrübə bitəndən sonra da yoxa çıxmayıb ömürlük qaldı.Təcrübədən sonra sağ qalmış 3 nəfər universiteti və Ayova ştatını məhkəməyə verdi. Bundan 4 il sonra məhkəmə onlara 925 min dollar həcmində kompensasiya verilməsi qərarını verdi. Bu təcrübə ictimaiyyətdən uzun müddət gizlədildi, çünki bu faşistlərin konslagerlərdə apardığı təcrübələrə bənzəyirdi. 2001-ci ildə Ayova universiteti təcrübə nəticəsində əziyyət çəkmişlərdən rəsmi üzr istəməyə məcbur oldu.
4.1 saylı layihə
Bu ad altında aparılmış tibbi təcrübəni Amerika Marşall adalarının sakinlərinin üzərində sınaqdan keçirib. 1954-cü ilin martın 1-də atom partlayışı nəticəsində alınmış radiasiyanın nəticələrini insanlar üzərində müşahidə etmək üçün amerikalılar belə dəhşətli təcrübəyə qol qoydular. Onlar bu nəticələri heç gözləmirdi. Təcrübədən sonrakı ilk 5 ildə uşaqsalma və ölüdoğulma halları həmişəkindən 2 dəfə artmışdı. Sağ qalanların əksəriyyəti xərçəng xəstəliyinə tutuldu. ABŞ-ın energetika nazirliyi təcrübəni belə şərh edirdi : “…insanlara şüalanmanın təsirini öyrənən təcrübəni onları sağaltmaqla paralel aparmaq olardı” və “…Marşall adalarının sakinləri təcrübədə dovşan kimi istifadə edilmişdilər”.
MK-ULTRA layihəsi
MK-ULTRA Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı gizli layihənin kod adıdır. Layihənin məqsədi şüurun idarə edilməsi vasitələrini, məsələn agentlərin işə qəbulu və dindirmələr zamanı informasiya çıxarmaqda psixotron kimyəvi vasitələrin insana təsirinin nəticələrini öyrənmək idi. Proqram 1950-ci illərin əvvəlindən 60-ı illərin sonuna kimi açıq, sonra isə gizli fəaliyyət göstərib. Mərkəzi Kəşfiyyat İdarəsi bilərəkdən 1973-cü ildə MK-ULTRA layihəsinin əsas fayllarını məhv etdi. Bu da 1975-ci ildə Amerika Konqresinə təcrübənin fəaliyyətini öyrənmək işində əngəl yaratdı. Təcrübə altında olanlara kimyəvi maddə yeridilir və elektrik cərəyanı vasitəsilə komatoz vəziyyətə çatdırılandan sonra maqnit lentini dinləməyə məcbur edilirdi. Səs yazısında sadə komandalar dəfələrlə təkrar edilirdi. Məqsəd yaddaşın tam pozulması üsullarını kəşf etmək və şəxsiyyətin tam dəyişdirilməsi məsələsində irəliləyiş əldə etmək idi. Təcrübə Allan Memorial İnstitutuna çox da böyük olmayan nasazlıqlarla, məsələn nevroz, ya da doğuşdan sonrakı depressiya kimi şikayəti olanlar üzərində aparılırdı. Məsələnin ictimailəşməsindən sonra yaranmış skandal tədqiqat aparmağa və sonunda insan üzərində aparılan hər hansı təcrübənin yazılı razılıq ilə alınmasına dair qanun qəbul edilməsinə təkan verdi.
«Aversiya» layihəsi
Cənubi Afrika Respublikası ordusunda 1970-1989-cu illər arasında ordunu ənənəvi seksual oriyentasiyası olmayanlardan təmizləmə üzrə gizli proqram həyata keçirilirdi. Elektroşokdan tutmuş kimyəvi axtalanmaya qədər hər bir vasitə işə salınırdı. Qurbanların dəqiq sayı məlum deyil, amma həkimlərin danışdığına görə azı 1000 nəfər hərbçinin qeyri-insani yolla seksual oriyentasiyasını dəişdirmək cəhdləri edilib. Həkimlərə əvvəl homoseksualları təyin etmək, müalicə etmək, mümkün deyilsə şok terapiyasına göndərməklə, hormonal preparatlar, hətta cinsi dəyişmək yolu ilə “sağaltmaq” əmri verilmişdi. Təcrübəyə məruz qalanlar 16-24 yaşları arasında gənc hərbçilər idi. Təcrübənin başında duran həkim Obri Levin hazırda Kalqari (Kanada) universitetində psixatriya üzrə professor kimi çalışır və şəxsi praktika ilə məşğuldur.
Aynil,
Sfera.az