“Dəymiş ziyan yüz milyard dollarlarla ölçülür” – Ermənistan Azərbaycana təzminat ödəyəcək?

“Dəymiş ziyan yüz milyard dollarlarla ölçülür” – Ermənistan Azərbaycana təzminat ödəyəcək?

“Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Hazırda daha çox müzakirə edilən məsələlərdən biri isə Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə də təzminatının ödənilməsidir”.

 

Sfera.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

 

V.Bayramov qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib:

 

“Dəymiş ziyan yüz milyard dollarlarla ölçülür. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

 

Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır”.

 

V. Bayramovun sözlərinə görə, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur:

 

“Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanması yekunlaşandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir. Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra, hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir”.

 

Turan Rzayev                                                                               


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...