Bakıda molla mollanın qabırğasını SINDIRDI: Müştəri üstündə...

Bakıda molla mollanın qabırğasını SINDIRDI: Müştəri üstündə...

Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda iki molla arasında baş vermiş dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, bu il fevralın 3-də saat 16 radələrində qəbiristanlıqda fəaliyyət göstərən molla Zakir Əliabbas oğlunu döyərək qabırğalarını sındıran həmkarı, 1975-ci il təvəllüdlü İlqar Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi iilə təqsirləndirilib.

 

Məhkəmədə məlum olub ki, İlqar qəbirlərdən birinin yanında “Quran” oxuyarkən Zakir yaxınlaşaraq ondan müştərisi ilə bağlı söz soruşub. İlqar isə ona kobud cavab verib və müştəri üstündə tərəflər arasında dava başlayıb. Bu zaman İlqar badalaq fəndi işlədərək Zakiri yerə çırpıb. Zərbənin təsirindən Zakirin bir neçə qabırğasında sınıqlar yaranıb.

 

Hadisədən sonra Zakir polisə etdiyi şikayəti geri götürməsi üçün İlqardan xeyli miqdarda pul tələb edib. Lakin istədiyi məbləği ala bilmədiyi üçün şikayətini geri götürməyib.

 

Yasamal Rayon Məhkəməsinin 30 sentyabr tarixli hökmü ilə İlqar Əliyevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı taxılıb və üzərinə yaşadığı yeri dəyişməmək, təyin edilmiş vaxtlarda ictimai yerlərdə olmamaq öhdəliyi qoyulub.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...