Rusiya silahının 2030-cu ildə 5 öldürücü nümunəsi – SİYAHI/FOTOLAR

Rusiya silahının 2030-cu ildə 5 öldürücü nümunəsi – SİYAHI/FOTOLAR

Rusiya hökumətində Silahlı Qüvvələrin müasirləşdirilməsi haqqında böyük planlar var. Planlara uyğun olaraq, 2020-ci ilə qədər hərbi texnikanın 70 faizi yeni nümunələrlə əvəz ediləcək. Yeni qırıcılar, bombardmançılar, təyyarədaşıyanlar, esmineslər və yeni nüvə silahı Rusiya Silahlı Qüvvələrinin arsenalına verilməlidir. Daha əvvəl neftin yüksək qiymətləri fonunda qəbul edilən planlar neftin indiki qiymətləri və Qərbin sanksiyalarına görə şübhə altına düşüb. Bununla belə, əgər vəziyyət yaxşılaşarsa, bəzi layihələr 2030-cu ilə reallaşdırıla bilər.

 

Sfera.az ABŞ-ın "The National Interest” nəşrinə istinadən 2030-cu ildə Rusiya silahının 5 ən öldürücü nümunəsini təqdim edir.

 

Qitələrarası RS-24 "Yars” ballistik raketləri

 

Son illər Rusiya geniş əraziləri üzrə yerini dəyişdirən mobil komplekslərini özünün qitələrarası ballistik raketləri ilə əvəz edir. RS-24 "Yars” raketləri bu sinfin ən yeni nümayəndəsidir. Onlar 2010-cu ildə silahlanmaya qəbul edilib. Raket müstəqil manevr etmək qabiliyyətinə malik olan dörd hissədən ibarətdir və onların hər biri 150-dən 250 kilotona qədər nüvə yükü catdıra bilir. Müqayisə üçün deyək ki, Xirosimaya atılmış bombanın gücü 15-dən 18 kilotona qədər təşkil edirdi.

 

"Yars” raketinin uçuş məsafəsi 11 min kilometr təşkil edir. Buna görə də raket Birləşmiş Ştatların əsas hissəsi, Alyaska və Havay adalarının istənilən nöqtəsini vurmağa qadirdir. Raketin hədəfə çatdırılması üçün QLONASS sistemindən istifadə olunur (GPS peyk naviqasiya sisteminin Rusiya versiyası). Raketin radial səhvi 250 metr təşkil edir. Belə dəqiqlik "Yars” raketini ən təhlükəli zərbə silahı edir.

 

"T-50 PAK FA” qırıcıları

 

Rusiyanın beşinci nəsildən olan ilk qırıcısı Hindistanla birgə layihədir.

 

Rusiyanın "Suxoy” şirkətinin hazırladığı "PAK FA T-50” qırıcısı amerikanların beşinci nəsil "F-22 Raptor” döyüş təyyarəsi və "F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. "Sukhoi” reaktivlərinin yeni nəsil versiyası olan "T-50 PAK FA”lar bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir."PAK FA T-50”nin maliyyə dəyəri daha az,  manevr qabiliyyəti isə daha çoxdur.

 

"Fırtına” sinifinin təyyarədaşıyanları

 

Rusiyanın tək təyyarədaşıyanı olan "Admiral Kuznetsov” artıq köhnə və etibarsızdır.  Xoşbəxtlikdən potensial əvəzetmə hazırda Krılov dövlət elmi mərkəzinin masasındadır. Yeni təyyarədaşıyanın uzunluğu 330 metr təşkil edir, sututumu 100 min tondur. Bu "Admiral Kuznetsov”dan 60 faiz daha çoxdur. "Fırtına”da elektromaqnit katapultadan istifadə olunacaq və elektrik enerjisi atom reaktorları ilə istehsal ediləcək.

 

"Fırtınanın” hava qanadı 70 və ya 90 təyyarədən ibarət olacaq. Rusiya təyyarədaşıyanı döyüş sistemlərinə, həmçinin torpedalar üçün raketlərə malik olacaq. Hərçənd "Fırtına”nın inşası Rusiya üçün mürəkkəb məsələ olacaq. Çünki, ölkədə təyyarədaşıyanların yaradılması təcrübəsi yoxdur. Moskvada faktiki olaraq xüsusi seçim yoxdur. Rusiya dəniz dövləti olaraq qalmaq istəyirsə, yeni təyyarədaşıyanın inşa etməlidir.

 

"Lider” sinifinin esminesləri

 

"Fırtına” təyyarədaşıyanı inşa edilərsə, onu hücumlardan qorumağa qadir müşayiət gəmilərinə ehtiyac duyacaq. Krılov institutu effektiv böyük esminesin inşası ilə bağlı layihə hazırlayıb. Esmines hazırda mövcud olan Rusiya kreyserləri və esmineslərin əvəz edilməsi üçün nəzərdə tutulub.

 

"Lider” çox böyük olacaq, onun uzunluğu 200 metr, su tutumu isə 17500 ton təşkil edəcək. Bu, çoxməqsədli esmines olacaq. O, sualtı gəmilərlə yanaşı, yerüstü hədəfləri vurmağa qadir olacaq. "Lider”in göyərtəsində ballistik raketlərlə mübarizə üçün raket əleyhinə sistemlər, həmçinin zenit-raket kompleksləri yerləşdiriləcək. Esmines təxminən 200 raket, o cümlədən 60 gəmi əleyhinə qanadlı raket və 128 hava hücumuna qarşı raket daşıyacaq. Gözlənildiyi kimi, "Lider” yeni gəmi əleyhinə "Sirkon” raketləri alacaq.

 

Rusiya "Lider” sinfinin ilk esminesinin tikintisinə 2019-cu ildə başlamağı planlaşdırır.

 

X-101 qanadlı raketləri

 

Rusiya yeni "Raduqa” X-101 qanadlı raketlərini ilk dəfə İŞİD-ə qarşı istifadə edib. Onlar yerin relyefini dolanmağa qadirdir və eyni sinifdən olan mövcud raketlər arasında ən böyük hərəkət radiusuna malikdir. Bütün bunlar onları öldürücü silaha çevirir.

 

 

X-101 raketinin döyüş başlığının çəkisi 440 kiloqram təşkil edir. Bu onun sələfindən iki dəfə çoxdur. Hərəkət radiusu X-101 raketinin çox gözəl keyfiyyətidir. Raket 5 min kilometr uzaqlıqdakı hədəfləri vura bilir. Onun nüvə variantı da mövcuddur. Bu halda, raket 250 kiloton gücündə döyüş başlığı ilə təchiz edilir.

 

 

 

Publika.az //

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...