Bakıda piyadanı 3 avtomobil vuraraq öldürdü

Bakıda piyadanı 3 avtomobil vuraraq öldürdü

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.

 

Avtomobil təmiri sexində çalışan şəxs piyadalar üçün müəyyən edilməyən yoldan keçərkən onu əvvəlcə əks yoldan keçən “Hyundai” markalı avtomobil vurub.

 

Piyada zərbənin təsirindən Orxan Əliyevin idarə etdiyi “Toyota”ya çırpılıb. Zərbədən piyada yerə yıxılıb və bu zaman eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı digər maşın piyadanın üzərindən keçib.

 

Zərbələrin təsirindən tanınmaz hala düşən piyadanın kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

 

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Piyadanın meyiti məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin şöbəsinə aparılıb.

 

Hazırda piyadanı birinci vuran avtomobilin axtarışı aparılır.

 

Faktla bağlı avtotexniki ekspertiza aparılır.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...