Niyə yeməkdən dərhal sonra çay i̇çmək olmaz?

Niyə yeməkdən dərhal sonra çay i̇çmək olmaz?
Bizdə belə bir vərdiş formalaşıb: yemək yeyirik, qurtaran kimi dərhal isti çay içirik. Amma bütün tibb elmi hər zaman bildirir ki, yeməkdən dərhal sonra çay içmək olmaz. Ən azı arada 30-40 dəqiqə, daha yaxşı olar ki, 1 saat fərq olsun.

Bu ona görə olmaz ki, dəmir qana sovrulmur. Yəni şam və ya naharınızda qırmız ət yemisinizsə, üstündən dərhal içilən qara çay qidanın tərkibindəki dəmiri (Fe) faydasız edir, qana sovrulmasına imkan vermir. Bu sözlər qəhvə üçün də keçərlidir.

Bəzən deyirlər ki, normal qidalanıram, amma qan azlığından əziyyət çəkirəm. Əgər həmin şəxsdə bu vərdiş varsa, o zaman onda anemiya riski yüksəkdir. Yeməyin tərkibindəki dəmiri çay məhv edincə, əlbəttə ki, qanazlığı da baş verəcək.

Bir daha qeyd edək ki, çay yarpaqlarında yüksək miqdarda turşu olduğu üçün qidada olan proteinlərin mənimsənilməsini çətinləşdirir. Vitaminlərin orqanizm üçün faydalılığını azaldır. Təkcə ət yeməkləri deyil, elə tərəvəz, makaron məmulatları yedikdən sonra çay içməyi bir saatlığa təxirə salmağınız daha doğru olar.
 
 
 
Sufrem.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...