“İlham Əliyevin İrana səfəri hər iki ölkənin gündəliyindədir” - Abbas Musəvi

Siyasət
15:33 / 30.09.2022
14686
“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir”.
Sfera.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Report”a müsahibəsində deyib.
“Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq”, - səfir əlavə edib.